Təqvim
BMM "Muğam axşamları" adlı genişmiqyaslı onlayn layihəni uğurla həyata keçirir
29 iyun 2020 - 19:32

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” adlı layihəsinin konsertləri mərkəzin Youtube kanalı vasitəsilə yayımlanaraq izləyicilərə təqdim olunur. BMM-nin yeni yaradılan TV studiyası tərəfindən BMM-nin Youtube kanalı, Facebook və İnstagram səhifələri vasitəsilə yayımlayanan konsertlərdə solistlərimiz bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər. Bu günə kimi layihə çərçivəsində 4 konsert çəkilərək nümayiş olunub. Xanəndələrin ifasında muğam və təsniflər səslənib. Muğam televiziya Müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Hüseyn Məlikov, Rəvanə Qurbanova və Elgiz Əliyevin çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb. Layihənin konsertlərini təqdim olunan linkdən izləyə bilərsiniz.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
DİNİ QURUMLAR

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə