Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Şəhid və Qazi ailələrinin övladları üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert proqramı təşkil olunub. Zaur Nəbioğlunun aparıcılığı ilə keçən tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Manana və populyar müğənni Elnur Məmmədov rəngarəng musiqi çələngi ilə çıxış ediblər. “Asiman” rəqs ansamblının üzvü Aynur Rzayeva isə qonaqlara “Acaruli” gürcü rəqsini təqdim edib. Tədbirdə şəhid və qazi övladlarının ifasında “Xudayar təsnifi” səslənib. Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan Şəhid və Qazi ailələri daim diqqət mərkəzində saxlayan Baş İdarə bu qəbildən olan tədbirləri gələcəkdə də davam etdirəcək.
Bütün hüquqlar qorunur © 2024