Təqvim
Şəbnəmdən Xalq artistinə sərt ismarıc: “Heç kim məni “toy müğənnisidir” deyə ittiham edə bilməz” +ViDEO
26 iyun 2020 - 17:07

“22 yaşımdan gözəl sənətkarlarla birlikdə ağır və məsuliyyətli toylar aparmışıq. Toylarda püxtələşən Şəbnəm Yaşıl teatrda da konsert verib. Konsert və efir mahnılarım var. Heç kim məni “toy müğənnisidir” deyə ittiham edə bilməz”.
Bu sözləri məşhur müğənni Şəbnəm Tovuzlu ATV telekanalında yayımlanan “Gündən-günə” musiqili-əyləncəli proqramında qonaq olarkən deyib.
Sənətçi Xalq artisti Tünzalə Ağayevanın “Toy müğənnisi ilə aramda fərq olmalıdır. Tamaşaçı bizi eyni rəngə boyamamalıdır” fikirlərinə etiraz edib:
“Tünzalə xanımın ifasını dinləmirəm. Amma qızım gənc olduğundan onun ifalarını dinləyir, bəyənir. Mən xalq mahnılarını, muğamları, toy mahnılarını dinləyirəm, oxuyuram. Bəzi sənətçilər müğənniləri toy və konsert kateqoriyalarına böləndə nə qazanırlar? Tünzalə məndən böyükdür, yerlimdir. Amma onun bu fikirləri ilə qəti şəkildə razılaşmıram.
Xumar Qədimova, Nazpəri Dostəliyeva, Könül Kərimova, Mətanət İsgəndərli, Nazənin Salayevanı dinləmişəm, indi də dinləyirəm. Bu sənətçilər toy müğənniləridir? Nazpərinin, Xumarın, Könülün konsertlərindən danış… Bu sənətçilər toyları söküb-dağıdırlar, insanların sevgisini qazanıblar. Onlarla hər zaman el şənliklərində çıxış edirəm. Onların içində hansının hörməti yoxdur? Müğənniləri A, B, C kateqoriyalarına bölürlər. O mikrofonu mən də alıram əlimə.
Toy aparmağa hünər lazımdır. Hər kişinin işi deyil el şənliyində yüzlərlə insanın qarşısında dayanmadan çıxış etmək. Bu gün 35 yaşım var. 22 yaşımdan bu sənətdəyəm. Xanəndə Qəzənfər Abdullayevin tələbəsi olmuşam. Vokal müəllimim isə Esmiralda xanım olub. Mən pop janrının müğənnisi deyiləm. Amma istəsəm, pop da oxuyaram. Səs imkanlarım buna yol verir. Mənim yolum muğamlarımızdır. Bu yolu özümə seçmişəm, bundan da pul qazanıb, dolanıram”. oxu.az 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə