Təqvim
Əməkdar artist onlayn rəqs qruplarının təşkilinə qərar verdi
23 iyun 2020 - 02:13

Peşəkar rəqqas, beynəlxalq festivalların iştirakçısı və laureatı, Əməkdar artist Emin Əliyev insanların evdə vaxtlarını səmərəli keçirməsi məqsədi ilə onlayn rəqs kurslarının təşkilinə qərar verib.

Onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli, eləcə də dünya xalqlarının rəqsləri öyrədiləcək.

Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul artıq başlanıb.

Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. Emin Əliyev bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sank Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin "Anadolu Atəşi" və 2017-ci ildə "Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar artist” Fəxri adına layiq görülüb. 2012-ci ildən istedadlı rəqqas və xoreoqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafıya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar maestro Niyazinin "Rast” simfonik muğamı və "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" balet-tamaşasına quruluş verib.

Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib.

İstedadlı rəqqas və xoreoqraf dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan "Nəsimi” (qurluşçu rej. S.Qulamov) promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

O, Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan "Paris Notr-Dama ithaf" əsərində (V. Hüqo", rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də Teatrda yeni hazırlanan "İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rej. F.Məhərrəmov), "Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rej. İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.

Hazırda Emin Əliyev "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Akademik Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan "Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir. Teatrsevərlər və Emin Əliyevin yaradıcılığına diqqət göstərən hər kəs dünyanı bürüyən pandemiya ilə bağlı müvəqqəti olaraq yarımçıq qalan bu möhtəşəm səhnə əsərinin də növbəti mövsümdə uğurla numayiş olunacağına ümid edirlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə