Təqvim
Gözəl mahnı möhtəşəm ifada
26 may 2020 - 15:36

Bütün dünya ölkələrinin əhalisi Covid-19 pandemiyasının törətdiyi fəsadlarından əziyyət çəkdiyi bir vaxtda incəsənət xadimləri Azərbaycanın musiqi mədəniyyətini təbliğ edərək, öz təkrarolunmaz ifaları ilə insanlara dəstək verdiklərinin şahidi oluruq.
Beləki, bu ilin may ayının əvvələrində görkəmli tarzən, Azərbaycanın xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli,Dövlət mükafatçısı,professor, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Ramiz Quliyevin İran İslam Respublikası Milli Alətlər Orkestrinin bədii rəhbəri Əli Əkbər Qurbaninin təşəbbüsü ilə görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Layla” mahnısına onlayn rejimdə beynəlxalq layihə kimi gözəl bir klip çəkilmişdir. Əslində Ramiz Quliyevin Avropa ölkələrində və Amerikada bir necə aparıcı simfonik orkestrləri ilə istər konsertləri, istər beynəlxalq simpozium ve festivallar çərçivəsində saysız çıxışları olub. Elə həmin - İranın Milli Alətlər Orkestri ilə də bir neçə il əvvəl “Fəcr” festivalında birgə ifaları baş tutmuşdur. Lakin indiki çıxışlarının tam fərqli, virtual formatda çəkilməsi müasir çağırışlara tam cavab verir.
Həmin mahnı kiçik həcmli olsa da burada bəstəkarın fikir aydınlığı görünür, eyni zamanda xarakterində etnomusiqimizə aid laylayların intonasiyası aydın eşidilir. “Laylay” mahnısını bir çox musiqiçilərimiz ifa ediblər, hətta onun bəstəkar Pikə Axundova tərəfindən kamera orkestri üçün işləməsi də mövcuddur. Ramiz müəllimin İran musiqiçilərinin müşayiəti ilə onu birgə səsləndirməsi tamamilə yeni təəssürat yaratdı, bunun da səbəbi, təbii ki, Ramiz Quliyevin fövqəladə sənət istedadına sahib olmasıdır. Müxtəlif Şərq çalğı alətlərində ifa edən (onlar içərisində kamança, İran tarı, sitar, ud, nağara və.s) musiqiçilərin hamısı elə bil möhtəşəm musiqi və ifanın seyrinə düşmüşdülər. Ramiz Quliyevin əsil klassik ifa üslubunda sevimli tarını bağrına basıb yanıqlı çalaraq, barmaqlarının vurduğu xallarla, həzin melodiyanın axıcılığı ilə xəyalən bizi işğal altında olan Şuşaya, Çıdır düzünə apardı.
Əslən Qarabağlı olan Ramiz Quliyevin ifasında doğma torpağları üçün həsrəti hiss olunurdu və sanki o, düşmənlərimizə ismarıc göndərirdi: nə qədər ki, Azərbaycan xalqı və onun sözünü dünyaya çatdıran elm və mədəniyyət xadimləri varsa, heç vaxt musiqi mədəniyyətimizin “beşiyi” olan Şuşa şəhəri düşmənlərimizin olmayacaq!
Qeyd etmək lazımdır ki, Ramiz Quliyevin müasir tar ifaçılığının təbliğində, tətbiqində və inkişafında misilsiz xidmətləri vardır. O həm görkəmli tarzən, həm də musiqişünas-alim kimi tar aləti ilə bağlı yaranan bütün problemlərə olduqca həssas yanaşır. Buna sübut kimi, onun Mədəniyyət Naziriliyinin təşkil etdiyi ümumrespublika seminarlarında və regionlarda təşkil olunan ustad dərslərində gənc müəllim və tarzənlərə verdiyi vacib tövsiyyələrini və məsləhətlərini göstərmək olar. Bəlkə də, Ramiz Quliyevin böyük əməyi bahasına yetişdirdiyi neçə nəsil tar ifaçıları və ustadımızın baş tutmuş saysız xarici konsertlərindəki mükəmməl çıxışları sayəsində bu gün xalqımızın “şah” aləti sayılan tarın məhz Azərbaycan incəsənətinə məxsus olması heç kimdə şübhə doğurmur.
Yeni cəkilmiş klipin bu günlərdə televiziya kanallarinda nümayişi başlanacaq. Biz isə öz növbəmizdə ustad sənətkara möhkəm can sağlığı və bundan da yüksək nailiyyətlər arzulayırıq.

Nuridə İsmayilzadə
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Sosial şəbəkələrdə paylaş:
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə