Bakı Dövlət Universitetinin (BDU) Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə 31 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda virtual Elmi konfransı keçiriləcəkdir. Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır. Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 30 may 2020-ci il saat 17:00-dək bextiyar030@hotmail.com ünvanına müraciət etməsi xahiş olunur.
Bütün hüquqlar qorunur © 2024