Təqvim
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
25 may 2020 - 15:00

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları davam edir. Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı konsertin qonaqları gənclər olub.

Milli Konservatoriyanın tələbələri İbrahim Babayev (tar), İsmayıl Zülfüqarov (tar), Pərviz Məmmədov (fortepiano), Vəfadar Ramiz (ritm alətləri) öz ifalarını təqdim ediblər. Gənclər bildiriblər ki, sənətdə əsas məqsədləri Azərbaycan musiqisini keyfiyyətli və zövqlü şəkildə dinləyiciyə təqdim etməkdir.

Canlı efirin qonağı olan gənc bəstəkarlar Aydan Əliyeva, Nigar Əliyeva, Saleh Nəzərov dövlət tərəfindən yaradıcılıqlarının inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar. Vokal ifaçıları Orxan Hüseynov, Ayan Tohidi bəstəkarların əsərlrindən nümunələr təqdim ediblər. Vokalçıları Əməkdar artist Fəridə Hüseynova və gənc fortepiano ifaçısı Arzu Əsgərli müşayiət edib.

Kamança ifaçısı Elnur Salahov solo və müşayiətçi kimi fəaliyyətindən söz açıb. İfaçı eyni zamanda pedaqoq kimi fəaliyyətindən, BMM –da keçirilən konsertlərdə həm ansambl həm də üçlüklə iştirak etdiyini də xüsusi vurğulayıb. Diqqətə çatdırılb ki, BMM –nin Azərbaycan musiqisinin təbliğində mühüm rolu var.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə