Təqvim
Azərbaycanda teatr sənətinə həsr olunmuş beynəlxalq virtual elmi konfrans keçirilib
18 may 2020 - 15:42

11 may 2020-ci il tarixində Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə “Onlayn teatr” adlı beynəlxalq virtual elmi konfrans keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar sosial təcridolunma şəraitində fəaliyyət göstərən dünya teatrının aktual problemlərinə həsr olunan konfransda Azərbaycan, Qazaxıstan, Gürcüstan, Fransa, Rusiya, Bolqarıstan, Polşa, Belarus, İran, Pakistan, Meksika, Ukrayna, Türkiyə, Qırğızıstan və Özbəkistandan 60-dan artıq teatr mütəxəssisi - teatr nəzəriyyəçiləri (teatrşünaslar, teatr tənqidçiləri, kulturoloqlar və jurnalistlər), praktiklər (rejissor, dramaturq, aktyor, menecer, rəsssam, teatr rəhbərləri) və teatr məktəblərinin pedaqoqları, həmçinin bir neçə tələbə iştirak edib. Birinci - ingilisdilli seksiyada 44, ikinci – rusdilli seksiyada 55 nəfər iştirak edib.
Konfransı giriş sözü ilə açan Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov tədbir iştirakçılarını salamlayaraq, ötən ilin sonlarında yaranmış Beynəlxalq Teatr Tənqidçiləri Birliyi və təşkilatın həyata keçirdiyi müxtəlif beynəxalq və lokal layihələr haqqında məlumat verib.
Gürcü teatrşünas Marina Vasadzenin moderatorluğu ilə keçən birinci seksiyada Meksikadan mədəniyyət eksperti Monika Baxonero Diaz “Teatr üçün heç bir müəyyənlik yoxdur: məhdudiyyətdən doğan refleksiya”, Pakistandan Karaçi Dram Teatrının bədii rəhbəri Sohail Ahmed Malik “Performans sənətinin “Cəsur Yeni Dünya”sı”, İrandan Lameyi Universitetinin müəllimi Səid Kazimiyan “Sosial şəbəkələr və gələcəyin teatrının tamaşaçıları”, Azərbaycandan “dOM” Teatrının rəhbəri Tərlan Rəsulov “Teatr (ifaçılıq sənəti) sahəsində təsnifat problemləri”, Türkiyədən fəlsəfə doktoru Ziyad Quliyev “Teatr transmediası. Onlayn teatr narrativinin analizi” və Rusiyalı teatrşünas, M.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi Emiliya Dementsova “Teatr özünütəcrid dövründə: təhlükə imkan kimi” adlı məruzələrlə çıxış ediblər.
İkinci seksiyanın əvvəlində çıxış edən Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin prezidenti, Qazaxıstanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Anara Erkebay təşkilatın cari və perspektiv layihələri barədə məlumat verib və hazırda “Postsovet məkanının müasir teatrı” adlı kollektiv monoqrafiya üzərində işlərin davam etdiyini bildirərək, “Teatr Onlayn” konfransının ideyası və məqsədləri haqqında danışıb.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun moderatorluğu ilə keçən ikinci seksiyada isə ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə“Koronavirus dövrünün bədbin karnavalı və yaxud insan olmaq qadağandır!”, sonra Bolqarıstandan dramaturq, “Gülüş və göz yaşı” teatrının rejissoru Xristo Stoyçev “Teatrda yeni reallıqlar haqqında dialoqlar”, Qazaxıstandan sənətşünaslıq namizədi, professor, T.Jugenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının Teatr sənətinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Saniya Kabdiyeva “Səhnəyə həsrət qalan teatr”, AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Vidadi Qafarov da ikinci seksiyada “Virtual teatrda tamaşaçı amili”, Rusiyadan sənətşünaslıq namizədi, Stanislavski Elektroteatrının kuratoru Kristina Matvienko “Karantin dövründə teatrın onlayn iş formaları”, sənətşünaslıq namizədi, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun İncəsənətin tarixi və nəzəriyyəsi kafedrasının dosenti Aysılu Saqitova “Canlı teatr yaşayacaq”, Belarusiyadan sənətşünaslıq üzrə magistr, Belarusiya mədəniyyət, dil, ədəbiyyat tədqiqat Mərkəzinin kiçik elmi işçisi Aleksandr Mantuş “Belarusiyada onlayn-teatrın hazırki vəziyyəti və perspektivləri” adlı məruzələrlə çıxış ediblər.
Hər iki bölmə maraqlı məruzələr yanaşı, həm də canlı dikussiyalar və fikir mübadiləsi ilə yadda qalıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA Memarlıq və İncəsənət İnstitutu, T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və FilmUniversiteti və Gürcüstan Müasir Tədqiqatlar Mərkəzinin tərəfdaşlığı, Teatro.az, Theatrelife.ge, Oner.kz saytlarının informasiya dəstəyi ilə baş tutan konfrans virtual məkanda geniş əks-səda doğurub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə