Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya elmləri doktoru Kamran T. Mahmudov 19 may 2020-ci il saat 15:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirə keçəcəkdir. Virtual mühazirədə iştirak etmək istəyən şəxslərin 18 may 2020-ci il saat 17:00-dək eshukurov@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.
Bütün hüquqlar qorunur © 2024