Təqvim
Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir
15 may 2020 - 11:06

Bakı Ali Neft Məktəbi (BANM) təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn final imtahanlarını davam etdirir. Ölkədə ilk dəfə olaraq BANM-də təşkil olunan onlayn imtahanlar may ayının 18-də yekunlaşacaq.

Onlayn imtahanların obyektivliyi və plagiatlığın qarşısının alınması beynəlxalq təcrübəyə uyğun olaraq Ali Məktəb tərəfindən hazırlanmış Şərəf Kodeksi əsasında təmin edilir. İmtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması sistemi) üzərindən reallaşdırılır.

Qeyd edək ki, bu sistem yerli mütəxəssislər tərəfindən ilk dəfə olaraq Bakı Ali Neft Məktəbi üçün hazırlanıb.

Bundan əlavə, Bakı Ali Neft Məktəbinin tələbələri ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə ediblər.

Ümumilikdə proqram çərçivəsində kurslarda Ali Məktəbin 411 tələbə və müəllimi iştirak edib. Bura “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” ixtisaslarının II, III, IV və V kurs tələbələri (həm bakalavriat, həm də magistratura), Hazırlıq (“Foundation”) kursunun 195 tələbəsi, MBA proqramının bütün tələbələri daxildir. Dərslər nüfuzlu Amerika, Avropa və Asiya universitetlərinin professor-müəllim heyəti tərəfindən distant formada aparılıb.

Kurslardan sertifikat əldə etmiş tələbələrə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb.

Qeyd edək ki, BANM-də təhsil Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarına əsasən həyata keçirilir, buna görə də semestr dərsləri də digər ali təhsil müəssisələrinə nəzərən daha öncə başlayır və yekunlaşır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə