Təqvim
Dövlət Komitəsində Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirilib
09 may 2020 - 10:10

Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin 28 ili tamam olur. Bununla əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və təmsilçilərinin iştirakı ilə videokonfrans keçirilib.

Virtual tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar, İstanbul Türkiyə Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azərbaycan Təhsil və Kültür Dərnəyinin sədri Aygün Həsənoğlu, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Məmmədov, Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev, Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydəmir, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin üzvü, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurban, Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyinin rəhbəri Təbriz Cəfərov, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Yakup Bulut, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi İdarə heyətinin üzvləri Ceyran Səttərova və Yusif Sadıqov, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin sədri Kəbutər Haqverdiyeva, Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyinin sədri Elşən Qəmbərov, Əskişəhər Konservatoriyasının kaman və piano müəllimi, Şuşanın tanınmış Zöhrabbəyovlar nəslinin nümayəndəsi Zemfira Zöhrabbəyova və “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”-nin Xətai rayon şöbəsinin sədri Fuad Salahov iştirak edib.

Tədbirdə Dövlət Komitəsinin nümayəndələri qeyd ediblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin qlobal müstəvidə yayılması istiqamətində səyləri gücləndirmək diasporla iş sahəsində dövlət siyasətinin prioritetini təşkil edir. Münaqişənin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq üçün digər mexanizmlərlə yanaşı, diaspor amili də mühüm əhəmiyyət kəsb edir.

Müzakirə zamanı diaspor təşkilatlarının təşəbbüsü ilə 2020-ci il fevralın 22-də Almaniyanın paytaxtı Berlində Ümumavropa Qarabağ mitinqinin keçirilməsinin, qəbul olunmuş bəyanatların nüfuzlu beynəlxalq təşkilatlara, səfirliklərə, Avropa ölkələrinin parlamentlərinə və hökumətlərinə göndərilməsinin əhəmiyyəti vurğulanıb.

Konfrans zamanı Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının və vətəndaş institutlarının Ermənistanın işğalçı siyasəti, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və terror aktlarının ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdikləri işlər nəzərə çatdırılıb. Konfransda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti barədə müzakirələr aparılıb və bu sahədə daha mühüm addımların atılmasının vacib olduğu vurğulanıb.

Videokonfrans iştirakçıları koronavirus pandemiyası dövründə Türkiyədə yaşayan soydaşlarımızın həmrəyliyi barədə də fikir mübadiləsi aparıb və bu həmrəyliyi yüksək qiymətləndiriblər.

Dispor təşkilatlarının təmsilçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və hökumətinə, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlıqlarını bildiriblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, HUQUQ
Gülağa Tənha Məktəb illəri VI hissə15:00, 26 may 2020
“Yaradıcı insanın ailə qurmağı düzgün deyil” - VIDEO15:11, 25 may 2020
Gömrük Akademiyasında semestr daxili imtahanlar onlayn qaydada keçirilir 15:07, 25 may 2020
"Evdə qal, evdə yarat", "Rəsm və əl işləri" müsabiqələrinin qalibləri mükafatlandırıldı 15:04, 25 may 2020
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib 15:00, 25 may 2020
Gülağa Tənha Məktəb illəri V hissə14:16, 25 may 2020
Azərbaycan arxeologiya elminin görkəmli nümayindəsi 13:56, 25 may 2020
Könüllülər maraqlı aksiya həyata keçiriblər 13:54, 25 may 2020
Koronavirusu öldürən supermaska ixtira olundu - VIDEO13:43, 25 may 2020
Dietoloqdan arıqlamaq istəyənlərə TÖVSİYƏ 13:39, 25 may 2020
Diş ərplərini ən sadə ev üsulu, bir qəpik belə xərcləmədən təmizləyin 13:38, 25 may 2020
Minadan açıq-saçıq FOTOSESSİYA 13:36, 25 may 2020
Akademik Musiqili Teatr "Ər və arvad" tamaşasının 110 yaşını qeyd edir 13:34, 25 may 2020
Seyid Əzim Şirvaninin qəzəlləri Özbək dilinə tərcümə layihəsi başa çatı 13:32, 25 may 2020
Gülağa Tənha RAMAZAN BAYRAMINIZ MÜBARƏK!12:29, 24 may 2020
“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb 14:28, 23 may 2020
BDU-da “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçirilib 14:25, 23 may 2020
6-dan sonra işləyən daha bir restoran tapıldı – Müştərilər daxil hər kəs cərimə edildi 14:23, 23 may 2020
Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub 14:19, 23 may 2020
Nazirlikdən veteran idmançılara dəstək 14:09, 23 may 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə