Təqvim
Mədəniyyət naziri Azərbaycan xalçaçılarını təbrik edib
05 may 2020 - 20:33

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan xalçalılarını 5 may - “Xalçaçı günü” peşə bayramı münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunur ki, xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Heç bir azərbaycanlı ailəsinin evini, məişətini xalçasız təsəvvür etmək mümkün deyil. Keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb.

“Xalçaçılıq, sadəcə, mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyəti olub. Yüksək estetik əhəmiyyət kəsb edən, milli naxış elementləri və təsvirlərlə bəzədilən xalçalarımız Azərbaycan mədəniyyətinin zənginliklərini nümayiş etdirməklə yanaşı, onu yaradan insanların zövqü, sənət bacarıqları haqqında da dolğun təsəvvür yaradır”, - deyə təbrikdə bildirilir.

Nazirin təbrikində vurğulanır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə xalçaçılığın inkişafı və beynəlxalq aləmdə təbliği diqqətdə saxlanılır. Məhz bu diqqət və qayğının sayəsində 2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin qorunan inciləri sırasında yer alıb.

Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixində imzaladığı sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması bu qədim sənət ənənəsinin yaşadılmasına mühüm töhfə kimi dəyərləndirilməlidir. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 mayın “Xalçaçı günü” peşə bayramı kimi təsis edilməsi isə ölkəmizdə xalça sənətini yaşadan insanların fəaliyyətinə verilən yüksək qiymətin parlaq təzahürüdür.

Sevindirici haldır ki, bu gün ondan çox bölgəmizdə Azərxalça” ASC-nin filialları fəaliyyət göstərir, qədim xalça ənənələrimiz yaşadılır. Azərbaycan xalçalarının sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. 2014-cü ildə istifadəyə verilən unikal memarlığa malik Azərbaycan Milli Xalça Muzeyi xalçalarımıza ucaldılan abidə timsalındadır. Son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Xalça Muzeyi tərəfindən dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir xalça nümunələrimizin aşkar edilərək ölkəmizə gətirilməsi istiqamətində mühüm işlər görülür.

Əbülfəs Qarayev sonda bir daha ölkəmizin xalçaçılarını peşə bayramı münasibətilə təbrik edib, möhkəm cansağlığı, ailə səadəti və bu bənzərsiz sənətin yaşadılması sahəsində uğurlar arzulayıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə