Təqvim
Tahir Süleymanov: Azərbaycan futbolunun tarixi 100 ilini çoxdan ötüb...
01 may 2020 - 15:24

I yazı.

Azərbaycan futbolunun tarixi 100 ilini çoxdan ötüb. İstəsək, istəməsək də bunun 70 ili, əsasən formalaşma, inkişaf dövrü SSRİ dönəminə düşür. Siyasəti kənara qoyub futbol tariximizə, keçilən yola yenidən baxılmalıdır.

Böyük boşluq yaranıb. Orta, gənc nəsil müstəqillik illərimizdən o tərəfi geniş bilmir. Bu, onların günahı deyil, səbəbi illərdi futbol cavabdehlərinin tarixə biganə münasibəti, maarifləndirmə yönündə heç bir ciddi işlərin görülməməsidir.

Belə düşüncə futbolu bilməməklə yanaşı məqsədli xarakter daşıyır. Tarixi kökə varmamaq indiki biabırçı nəticələr fonunda sərfəlidir. Yeni nəslə "Azərbaycanda futbol olmayıb" düşüncəsi sırınır, bununla da uğursuzluqlara don geyindirilir.

20-25 ildir Lixtenşteyn, Kosovo, Lüksemburq təriflənə-təriflənə ölkə futbolu aşağılanır. Belə təfəkkür, idarəçiliklə artıq istedadlar da qeybə çəkilib. Sanki "San Siro", "Marakana"da qollar vurmuş, "Uembli", "Lujniki"də mərkəzi göstərənlər Azərbaycan futbol məktəbinin yetirmələri deyildi.

İnqilabdan sonra ötən əsrdə, 30-cu illərin ikinci yarısında sovetlər miqyasında futbola diqqət ayrılmağa başladı. Hətta ilk illərdə çempionatlarda cəmi 7-8 komandanın çıxış etdiyi vaxtlar da olub. Yaranışından dominant rollarda Moskva, Leninqradın bu günə kimi yaşayan məşhur klubları idi...

Çempionatın startından ilk rollarda, mükafatçılar sırasında Tbilisi və Kiyev "Dinamo"çuları da olub. İştirakçılar sırasında Bakı "Tempi" də var idi. 30-cu illərdə SSRİ çempionatlarında Rusiyadan başqa ilk olaraq üç respublika(ölkə), Ukrayna, Azərbaycan, Gürcüstan təmsil olunub.

Çox vaxt Azərbaycan futbolunu qonşularla müqayisə edirlər. Silsilə yazılarla bunların hamısı 10 illikləri əhatə edərək əsaslı təhlillərlə dəyərli oxuculara çatdırılacaq. Uğura, uğursuzluğa gedən, aparan yolları, tarixi bilmədən sabahın futbolu ola bilməz!

"Neftçi" Bakı, "Dinamo"("Proqress") Kirovabad(Gəncə), "Polad"("Xəzər", "Vosxod"), Sumqayıt, "Qarabağ" Xankəndi, "Araz" Naxçıvan, "Xəzər" Lənkəran, "Avtomobilçi" Mingəçevir/Bakı, "Qarabağ" Ağdam", "Göyəzən" Qazax, "Bakılı"...

Müxtəlif illərdə əsasən bu klublarımız SSRİ çempionatlarının güclülər dəstəsindən tutmuş l, ll liqalarına kimi Azərbaycanı təmsil ediblər.
Yuxarıda qeyd olunan "Temp" və digər klublarımız, Zaqatala, Tovuz, bölgələrimizi təmsil edən komandalar daha əvvəllər də İttifaq miqyasında çıxış ediblər.

30-cu illərdə futbolun ilk nizamlı hala salınması cəhdləri, addımları idisə, 40-cı illərdə ll dünya müharibəsi futbolu ikinci plana atmış oldu. Buna baxmayaraq savaş bitən kimi viranə qalmış şəhərləri dirçəldə-dirçəldə çempionat dərhal bərpa edildi. Onilliyin sonlarından "Neftçi"nin SSRİ elitasındakı yüksəliş, enişli-yoxuşlu onilliklərinə hazırlıq başladı...

(davamı növbəti yazılarda).... 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə