1-2 may 2020-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı və ölkədəki gənclər təşkilatlarının iştirakı ilə onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcək. Konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVİD-19 virusuna qarşı mübarizədə bir araya gətirmək, idarəetmənin effektiv mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatının potensialını gücləndirməkdir. Bununla yanaşı, forum zamanı gənclər təşkilatları üçün prioritet istiqamət və vəzifələrlə bağlı qərarların qəbul edilməsi də diqqət mərkəzindədir. Konqres zamanı gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə yanaşı, millət vəkilləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və biznes qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək. Eyni zamanda, “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları ətrafında aşağıdakı istiqamətlər üzrə panellərdə müzakirələr aparılacaq:
rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri;
gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması;
gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası;
gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizmləri;
gənclər təşkilatları tərəfindən gənclər üçün göstərilən xidmətlər;
təlimçilərlə işin təşkili.
Xatırladaq ki, konqresin keçirilmə təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabr ayında Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgini ziyarəti zamanı səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015 və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də, beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Qeyd edək ki, Gənclər Təşkilatlarının IV Milli Konqresinin I günü 1 may 2020-ci il saat 12:00-14:00-da, II günün 1-ci hissəsi 2 may 2020-ci il saat 12:00-13:30, 2-ci hissə isə 17:00-18:45-da baş tutacaq.
Tədbirdə iştirak üçün müraciətlər onlayn qeydiyyat vasitəsi ilə qəbul olunur.
Qeydiyyat üçün son tarix: 29 Aprel 2020-ci il saat 18:00
Qeydiyyat üçün link: https://bit.ly/2VGec5r
#MysAz #MysGovAz #GənclərvəİdmanNazirliyi #NAYORA #AzGF #IVMilliKonqres
Forum “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.2.19 (Gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq) yarımbəndinin icrası məqsədilə baş tutur.
Bütün hüquqlar qorunur © 2024