Təqvim
Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə “Gənclik həftəsi” çərçivəsində “Bu günkü gənclik, sabahkı uğur” adlı onlayn forum keçirilib.
13 avqust 2020 - 17:17

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Turizm Kollecinin tərafdaşlığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunan “Bu günkü gənclik, sabahkı uğur” forumu keçirilib. Forumda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Turizm Kollecinin direktoru Səid Salayev, əməkdaş, könüllü, tələbə və gənclər iştirak ediblər.
Forumu giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı və forumun moderatoru Samrin Xanlayev gəncləri təbrik edib, forumun məqsəd və vəzifələri, spikerlərlə bağlı məlumat verib.
İlk sualı cavablandıran Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov gənclik və təhsilin bir-birini tamamlayan, paralel və ayrılmaz məfhum olduğunu bildirib, bu gün ölkə gənclərinin özünü sübut etməsi və cəmiyyətdəki rolunu artırması üçün kifayət qədər imkan olduğunu qeyd edib. Gənclərimizin təhsilə marağı olan ölkələr arasında ilk onluqda yer aldıqlarını deyən rektor təhsil müəssisəsinə daxil olduqdan bitirənə qədər keçən müddət ərzində onların düşüncə və davranışlarının yeniləndiyini diqqətə çatdırıb. Xarici universitetlərlə yaradılan əməkdaşlıq və gənclərin xarici ölkələrdə təhsilini davam etdirməsi məsələsinə toxunan Şahin Bayramov bu məsələ ilə bağlı büdcədən vəsait ayırmağı planlaşdırdıqlarını deyib. Sonda gənclərə təhsilin önəmini hər zaman ön planda saxlamağı, gələcəyimizi işıqlandırmağı tövsiyə edib.
Daha sonra çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Səid Salayev yeni təyin olunduğu təhsil müəssisəsinin gənclərin ixtisas peşə hazırlığı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə gördüyü işlərdən danışıb. Cənab Prezident İlham Əliyevin gənclər sahəsində apardığı məqsədyönlü islahatları nəzərə alaraq tələbə gənclərin özünü inkişaf etdirməsi, gələcəkdə cəmiyyətdə aktiv şəkildə iştirakınıntəmin olunmasının diqqət mərkəzində olduğunu bildirib. Kolleci uğurla bitirən tələbələrin bir qisminin təhsilini Universitetdə davam etdirmək üçün müsabiqə mərhələsində iştirak etdiyini deyən direktor görülən işlərin gələcəkdə öz töhfəsini verəcəyinə ümid etdiyini qeyd edib.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli gənclərlə işləyən qurumların gənclərin inkişafındakı rolundan danışıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və onun paytaxt və bölgələrdəki qurumlarının gənclərin ümumi dünyagörüşünün formalaşması, gələcək karyera hazırlığı, sağlamlıqlarının qorunması, gələcəkdə məşğulluğunun təmin edilməsi, ən əsası vətənpərvər ruhda tərbiyə olunması və s. kimi məsələlərin həllində yaxından iştirak etdiyini və fəaliyyətində bunları təmin etməyi qarşısına məqsəd qoyduğunu bildirib. Gənclərin bu günkü inkişaf səviyyəsinin əmək bazarının tələblərinə uyğunlaşma dərəcəsinə diqqət çəkən Kamal Nəcəfli gənclərə yaxşı təhsil almağı, gələcək üçün öz bilik və bacarıqlarını hər zaman inkişaf etdirməyi, cəhd etməkdən çekinməməyi məsləhət görüb.
Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov öz növbəsində gəncləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar, aktiv gənclik həyatı, ölkəmizi layiqincə təmsil etmək və tanıtmaq imkanı arzulayıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin önəmi və sonrakı mərhələdə Gənclər və İdman Nazirliyinin yaradılmasının gənclərin həyatında yaratdığı dəyişikliklərə toxunub. Ölkəmizdə ardıcıl olaraq həyata keçirilən Dövlət Gənclər Proqramının olmasının vacibliyini qeyd edən direktor "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən yaradılan və istifadəyə verilən Gənclər Evləri şəbəkəsinin gənclər üçün geniş imkanlar yaratdığını vurğulayıb.Bu gün Respublika ərazisində fəaliyyət göstərən hər Gənclər Evinin olduğu yerin tələblərinə müvafiq olaraq xidmətlər həyata keçirdiyini bildirib. Pandemiyadan sonrakı dövrdə gözlənilən yeniliklərdən danışan Tural Kərimov gənclər üçün yeni imkanların yaradılacağını, beynəlxalq əlaqələrlə bağlı yeniliklərin gözlənildiyini, bununla yanaşı onlayn fəaliyyətin də davam edəcəyini qeyd edib.
Forum gənclər tərəfindən səsləndirilən sualların cavablandırılması ilə davam edib. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İDMAN
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə