Təqvim
Su resurslarına qənaətdə gənclərin rolu
03 sentyabr 2020 - 14:33

1 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə "Ekologiya və su resurslarından qənaətlə istifadə qaydaları" mövzusunda onlayn konfrans baş tutub.
 

Konfrans gəncləri bu qlobal mövzu barədə məlumatlandırmaq və su ehtiyatlarından qənaətlə istifadəyə təşviq etmək məqsədini güdüb.


Konfransda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Faiq Mütəllimov və həmin Nazirlik yanında İctimai Şuranın üzvü Amin Məmmədov, Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, eləcə də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”  ASC-nin Aparat rəhbərinin müavini Kənan Abdullayev çıxış ediblər.


Gənclər Fondunun rəsmi facebook səhifəsi vasitəsilə canlı yayımlanan konfransda vurğulanıb ki, qlobal istiləşmə, ekoloji tarazlığın qorunub saxlanması, su, torpaq və atmosfer qatının çirklənmədən mühafizəsi ümumbəşəri problemlər arasındadır. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görüləcək işlərə toxunulub, Azərbaycanda ətraf mühit problemlərinin  həllinə yönəlmiş dövlət siyasətinin ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğu bildirilib. Bu istiqamətdə həyata keçirilən tədbir və layihələrdə gənclərin əhəmiyyətli rolundan, onların mütəmadi olaraq innovativ ideyalarla çıxış edərək problemlərin həllinə öz töhfələrini vermələrindən də bəhs olunub.


Konfransın sonunda isə mövzu ətrafında gənclər üçün hədiyyəli intellektual müsabiqə təşkil  edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə