Təqvim
Növbəti monitorinq Xəzərin Abşeron sahilində keçirilib
21 aprel 2020 - 18:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

 İdarənin direktoru Ərəstun Həsənov jurnalistlərə bildirib ki, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Xətai, Səbail və Qaradağ rayonlarının, həmçinin Sumqayıtın çimərlik ərazilərində aparılan monitorinqlərin nəticəsinə görə, dəniz suyunun çirklənmə səviyyəsi bəzi ərazilərdə yenə də normadan  artıqdır.

"Bilgəh, Nardaran, Pirşağı və Mərdəkan sahillərində  isə çirklənmə səviyyəsi norma daxilindədir. Bu ərazilərdən götürülən su nümunələrinin müqayisəli təhlili göstərir ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar ictimai-iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən dənizə atılan tullantılar kifayət qədər azalıb və dənizdə özünü bərpa, təmizləmə  prosesi gedib”.

İdarə direktorunun sözlərinə görə,  lakin Binəqədi, Qaradağ, Suraxanı, Xətai, Səbail və Sumqayıt sahillərində dəniz suyu bu gün də çirkli olaraq qalır.  Çirklənmə səviyyəsində cüzi azalma müşahidə olunsa da, yenə də göstəricilər normadan artıqdır.

"Buna səbəb ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və  yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.

 Bu halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib".

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə