Təqvim
“Xocəsən” deposuna aparan tunellərİn qazIntIsI tamamlanIb
10 aprel 2020 - 18:46

Bakı metropolitenində yeni xəttin tikintisində əhəmiyyətli hadisələrdən daha biri baş verib. Bənövşəyi xəttin “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb.

“Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir. Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir. Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb. İnşaat dövründə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunması da diqqətdən kənarda qalmayıb. Qeyd edilənləri nəzərə alaraq, tunellərin qazıntısı daim xüsusi diqqət mərkəzində olub, işlərə təcrübəsi və peşəkarlığı ilə seçilən inşaatçılar cəlb olunublar. Nəticədə, inşaat meydançasında xoşagəlməz hadisə qeydə alınmayıb, tunellərin qazıntısı təhlükəsiz şəraitdə aparılıb və itkisiz başa çatdırılaraq, Bakıda metro inşaatının növbəti uğuru kimi tarixdə yerini alacaq.

Bütün çətinliklərə, eləcə də tunelin mürəkkəb konfiqurasiyasına baxmayaraq, markşeyderlərin hesablamaları dəqiq olub. Beləliklə, sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib. Qeyd edək ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.
Xüsusi vurğulamaq lazımdır ki, bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri ilə Bakı metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq növbəti stansiyaların tikintisində davam etdirilib. Bu və digər texniki səbəblərdən müasir, mütərəqqi üsuldan depoya aparan yolların inşasında istifadə etmək mümkün olmayıb.

Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.

Onu da qeyd edək ki, hər iki tuneldə yollar ağac şpallar deyil, dəmir-beton bloklar üzərində qurulur. Bu bloklar Bakı metropoliteninin özünün istehsal sahəsinin məhsuludur. Bu da valyutanın ölkə xaricinə çıxarılmasının qarşısını almaqla yanaşı, külli miqdarda vəsaitə qənaətinə, xarici istehsalçılardan asılılığı aradan qaldırmağa, həmçinin ən münasib istismar şərtləri və şəraitinə nail olmağa imkan verir.

Müstəqillik dövründə tikilmiş ilk metro xətti olan Bənövşəyi xəttin 2016-cı il aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istifadəyə verilməsindən sonra xəttin Xocəsən qəsəbəsində yerləşən deposunun özündə də inşaat işləri davam etdirilir. Metro inşaatının norma və qaydalarına uyğun olaraq istismar olunan hər xəttin öz deposu olmalıdır. Xəttin üçüncü stansiyası istismara verildikdən sonra qatarların bir yoldan digər yola keçərək, dönmə manevri təmin olunacaq. Bununla daha intensiv hərəkət qrafikinin tətbiqi ilə xətdə qatarların sayı da artırılmalıdır. Belə olduqda, qatarların baxış, qulluq və təmir işləri depo şəraitində aparılmalıdır.

“Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BANK, TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə