Nura Suridən o ailələrə SƏRT SÖZLƏR: Onlar niyə dünyaya uşaq gətirirlər?

Təqvim
Nura Suridən o ailələrə SƏRT SÖZLƏR: Onlar niyə dünyaya uşaq gətirirlər?
03 aprel 2020 - 13:07

"Bəzi statuslarım başa düşülmədi. Uzun yazanda insanların oxumağa səbri çatmır. Qısa yazanda isə başa düşmürlər. Statusumda yazmışdım ki, savadsız olsalar da, cəsarətləri var. Əllərindəki şüarda hərf səhvi ola bilər, fikirlərini düzgün çatdırmaya bilərlər, ola bilsin ki, tam hazır ola bilməyiblər. Yanlış anlaşılıblar, tələsiblər, vaxtsız ediblər".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri azərbaycanlı qadınların keçirdiyi "8 Marş" yürüşü haqqında danışarkən deyib.
Sənətçi qadınların problemlərinə toxunub: "İndiki vaxtda bütün dünya koronavirusla mübarizə aparır: məktəblər, konsert zalları bağlanıb. Bu, kiçik problem deyil. Bütün bunlarla yanaşı, çox dərin bir mövzunu müzakirəyə çıxarmaq, nəsə tələb etmək doğru deyil. 13-15 yaşlı qızları ərə verirlər, hansı ki, uşaqlıqları olmur. 15 yaşında uşaq məktəb oxumalıdır. Amma bu ailənin imkanı yoxdur ki, övladına çörək versin. Yazmışdım ki, dünyaya uşaq gətirməzdən əvvəl düşünün. Problem bu qədər dərindir. Yoxsul insan bir qarın çörəyə görə, övladı ona yük olmasın deyə onu ərə verir. Elə ailənin 4-5 uşaq dünyaya gətirməsi nə dərəcədə doğrudur? Bununla necə mübarizə aparmaq olar? Bütün ölkələrdə bu var. Kasıbların olmamağı mümkünsüzdür. Uşaqlarına yük kimi baxanlar niyə dünyaya övlad gətirir? Bunlar şüarla, iki kəlimə ilə həll olunacaq məsələ deyil. Belə olan halda ilk növbədə maarifləndirməkdən, savad verməkdən başlamaq lazımdır.
Cahil və savadsız insan düşünmədən hərəkət edir. Özünün savadı yoxdur, dünyaya gətirdiklərinin də savadı olmayacaq. Qızını 13 yaşında ərə verəcək, oğlunu da elə böyüdəcək ki, o, səhəri gün arvadını döyəcək, hörmətsizlik edəcək. Savadı olan insan başqa cür hərəkət edir. Burada uzunmüddətli işlər görülməlidir. Efirlər, saytlar, jurnalistlər, insanları doğru yola sürükləyən işlər görməlidir. İndi efirdə nə görürük? Sosial proqramlarda biri qoşulur başqasının ərinə qaçır. Bunlar təbliğ olunmamalıdır. Belə hadisələrin varlığından xəbərdar olmasaq, insanların ağlına gəlməyəcək bəlkə də. Burada mütləq böyüyə-kiçiyə hörmət, mədəniyyət təbliğ olunmalıdır. Necə ki, bu yaxınlarda Prezidentimiz bu hörmətin necə olduğunu bir daha yadımıza saldı. İndi oğlanlar atasının-anasının yanında rahat siqaret çəkir. Əvvəl bunu etmirdilər, valideynə hörmət var idi. Mövzu qadın-kişi mövzusu yox, insan mövzusu olmalıdır. Hər bir insan şəxsiyyət kimi formalaşmalıdır, qarşısındakını da belə qəbul etməlidir. İnsanlar bir-birinə hörmət qoymalıdır. Bu, mədəniyyət, savad deməkdir. Bunu anlamaq lazımdır". 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə