Təqvim
Paytaxta giriş tamamilə bağlanıb - Ara yollarda da postlar quruldu
25 mart 2020 - 21:11

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyət göstərir. Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar. Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur.
Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.
Təəssüflə qeyd edək ki, bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstəməsi hallarına da rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün DİN rəhbərliyinin göstərişi ilə ara və köməkçi yollarda da postlar təşkil olunub. Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar. modern.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə