Təqvim
“Metroda kitab oxu” adlı sosial aksiya
17 mart 2020 - 12:46

Sabunçu Gənclər Evi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Metroda kitab oxu” adlı sosial aksiya keçirilib. Aksiya “2020 - könüllülər ili” ilə əlaqədar olaraq Sabunçu Gənclər Evinin könüllülərinin iştirakı ilə keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində keçirilən zamanın səmərəli dəyərləndirilməsi üçün gənclərin timsalında hər bir kəsi kitab oxumağa cəlb etmək olub. “Metroda kitab oxu” adlı sosial aksiya çərçivəsində Metropoliten daxilində - qatar və vaqonlarda, metro stansiyalarda, yeraltı metro keçidlərində Sabunçu Gənclər Evinin könüllüləri sərnişinlərə kitab hədiyyə edərək onları kitab oxumağa çağırıb.
Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Əməkdar artist Zeynəb Behbudova13:20, 05 iyul 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Nadir Hüseynov13:13, 04 iyul 2020
“Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi09:14, 04 iyul 2020
Gülağa Tənha Bu gün Leyla Əliyevanın doğum günüdür!14:18, 03 iyul 2020
Gülağa Tənha 2 iyul 17:00, 02 iyul 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir: Əməkdar artist Elza Seyidcahan14:00, 01 iyul 2020
Gülağa Tənha " Tənhanın öz dərdi var ! " ifa: Xalq artisti İlham Əsgərov18:00, 30 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir Xalq artisti Canəli Əkbərov13:00, 29 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" müsabiqə (anons və I hissə)14:13, 28 iyun 2020
Könüllülərdən ictimai asayiş keşikçilərinə dəstək +FOTO=14 17:43, 27 iyun 2020
Koronavurusdan qorunmaq üçün bu vitaminləri qəbul etməliyik - Həkim AÇIQLADI 17:41, 27 iyun 2020
Gülağa Tənha Sevgi şeirlərindən seçmələr...15:00, 27 iyun 2020
İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak edib +FOTO=12 ,VİDEO17:30, 26 iyun 2020
Azərbaycanda kimlər general-polkovnikdir? – SİYAHI 17:16, 26 iyun 2020
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki…” 17:14, 26 iyun 2020
Şəbnəmdən Xalq artistinə sərt ismarıc: “Heç kim məni “toy müğənnisidir” deyə ittiham edə bilməz” +ViDEO17:07, 26 iyun 2020
Gülağa Tənha 26 iyun15:00, 26 iyun 2020
Gülağa Tənha qardaşoğlu üçün sifariş etdiyi maşın...17:00, 25 iyun 2020
Bu gün “Dənizçi Günü” peşə bayramı qeyd edilir 16:57, 25 iyun 2020
Kapital Bank kartların müddətini uzatdı 16:55, 25 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə