Prezident İlham Əliyev "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını təqdim edirik:
Sıra №-si Ərazi vahidləri
Ağdaş rayonu
1. Ağcaqovaq kəndi
2. Aşağı Qobuüstü kəndi
3. Eymur kəndi
4. Ərəbşəki kəndi
5. Hacılar kəndi
6. Qobuüstü kəndi
7. Malay kəndi
8. Mürsəl kəndi
9. Şıxlı kəndi
10. Yenikənd kəndi
11. Yuxarı Nemətabad kəndi
Göyçay rayonu
1. Yenikənd kəndi
Bütün hüquqlar qorunur © 2024