Təqvim
"ASAN Həyat" Bahar Festivalı keçirilir
02 mart 2020 - 12:58

1-3 mart 2020-ci tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC-nin təşkilatçılığı ilə Kürdəmir "ASAN Həyat" kompleksində "ASAN Həyat" Bahar Festivalı keçirilir.

Tədbirdə Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunur, həmçinin bölgələrimizdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdirilir.

Festival çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılır.

Həmçinin "ABAD" publik hüquqi şəxsin "ABAD Gastro Village" layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunur. Bu trucklərdə "ABAD" məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir.

Festivalda Azərbaycandakı diplomatik korpusun nümayəndələri tərəfindən multikulturalizm ənənələrinə uyğun olaraq ölkələrinə məxsus adət-ənənələri nümayiş etdirən təqdimat guşələri təşkil olunur.

"ASAN Həyat" Bahar Festivalının məqsədi xalqımızı tarixən bütövləşdirən, milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin layiqincə yaşadılması,  regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək,  eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.

Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, hər kəsi bu tədbirdə iştirak etməyə və festivala rəng qatmağa dəvət edirik.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə