Təqvim
"Kaspi" liseyində Xocalı şəhidləri anıldı
28 fevral 2020 - 11:54

28 il əvvəl Azərbaycan tarixində silinməz iz qoyan bir hadisə yaşandı. Bu iz 28 ildir ki, xalqımızın dərin yarası olaraq qalır. 1992-ci ilin 26 fevralı ölkə tarixinə "Xocalı faciəsi” kimi yazıldı. Biz bu tarixi nə unuda, nə də unutdura bilərik. Çünki keçmişini unudan bir xalqın gələcəyi olmaz. Bu tarixi günü hər il xatırlayır, həmin gün vətən uğrunda düşünmədən öz canları qurban verən şəhidlərimizi qürur hissi ilə anırıq. Onlar bu günü öz qanları həm tarixə, həm də yaddaşlara həkk etdilər.
Bu tarixi unutdurmamaq üçün hər il fevral ayında müxtəlif səpkili tədbirlər keçirilir. Bu işdə təhsil ocaqlarının rolu böyükdür. Onlar gələcək nəsillərimizi vətənpərvərlik ruhunda böyütməli, bu tarixi onlara olduğu kimi anlatmalıdırlar. Gələcək nəsillər öz düşməninin kim olduğunu bilməlidir. Qeyd edilən tədbirlərdən biri də "Kaspi” liseyinin Bakıxanov filialında keçirildi. Tədbirdə "Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, liseyin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdi.
Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himini ilə başladı. Daha sonra 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Şəhidlərin xatirəsi yad edildikdən sonra liseyin şagirdlərinin iştirakı ilə "Xocalımın Harayı” adlı bədii kompozisiya təqdim edildi. Şagirdlər həmin gecə yaşananları kiçik səhnəciklər vasitəsilə yenidən auditoriyada əyləşənlərin gözü önündə canlandırdılar. Bu balacalar həmin günün şahidi olmasalar belə, hiss olunurdu ki, o gün xalqımızın yaşadığı ağrı-acını duya biliblər.
Ədəbi-bədii kompozisiyadan sonra isə söz "Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva verildi. O, qeyd etdi ki, ermənilər nəinki bizim insanlarımızı, həmçinin mədəniyyət abidələrimizi də məhv edərək milli şüurumuzu, yaddaşımızı silmək istəyiblər: "Hazırda tariximizdə hər zaman xatırlanacaq bir hadisənin ildönümünü qeyd etmək üçün buradayıq. Bildiyimiz kimi, 28 il öncə Xocalı faciəsi baş verdi. Əslində, bu faciə bir gündə olmamışdı. Ermənilərin Azərbaycana köçürülməsi, öz doğma yurdumuzdan, ocağımızdan onlara pay verməyimiz zamanla özümüzün faciəmizə çevrildi. Ocağımızın başında yer verdiyimiz mənfur, nankor bir millət düşmənimiz oldu. Bu gün bu hadisəni xatırlayanda, yadıma Həsən bəy Zərdabinin bir sözü düşür. O deyirdi ki, bunlar papaqlı arxalığı keçirib başlarına ibadət adı ilə kilsəyə yığıldılarsa, demək, Azərbaycan xalqının növbəti qətliamı üçün planlar hazırlayırlar. Görünən odur ki, böyük mütəfəkkir uzaqgörən olub. O vaxtdan onların necə bir millət olduğunu duyub. Xocalı faciəsi Azərbaycan xalqının tarixində unudulmayan soyqırımı hadisəsidir.
Bu gün Azərbaycan dövlətinin apardığı siyasi kursun bir xətti də başımıza gələn bu hadisənin qətliam kimi yox, məhz etnik təmizləmə və soyqırımı kimi başqa ölkələr tərəfindən tanınmasına nail olmaqdır. Mən əminəm ki, ölkəmizin hansısa bir ziyalısını istər fevral ayında, istər başqa aylarda saxlayıb, "Xocalı sizin üçün nədir?” - deyə soruşsanız, mütləq ilk növbədə 613 nəfərin qətlə yetirilməsini, onlardan neçəsinin qoca, uşaq, qadın olduğunu söyləyəcək. Digər tərəfdən ermənilər, sözün əsl mənasında bizim mədəniyyət abidələrimizi də dağıdıblar.
Bunun özü insan ölümündən də böyük faciədir. Yəni bir insanın milli yaddaşı, şüuru ilə bərabər, onun yaratdığı milli mədəniyyət məfhumunu da məhv etmək istəyiblər. Mən çox təəssüf hissi ilə qeyd edirəm ki, Xocalı soyqırımına siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildi. Hazırda ölkə rəhbəri İlham Əliyevin də 16 illik fəaliyyəti dövründə bu məsələ dünyanın bütün ölkələrində qaldırılmaqdadır. Belə ki, ölkəmizin səfirlikləri olan ölkələrdə 26 fevral Xocalı soyqırımı günü ilə əlaqədar tədbirlər keçirilir”. artkaspi.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Azərbaycanda daha bir məmur həbs olundu 18:28, 02 iyun 2020
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib 18:25, 02 iyun 2020
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır 18:23, 02 iyun 2020
BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib 18:22, 02 iyun 2020
AQTA-nın növbəti laboratoriyası milli və beynəlxalq akkreditasiyadan keçib 18:19, 02 iyun 2020
Şura 7 qrant müsabiqəsi elan edir 18:17, 02 iyun 2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb 18:14, 02 iyun 2020
AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib 18:09, 02 iyun 2020
Bank of Baku-dan tibb işçilərinə özəl komissiyasız, zaminsiz 30.000 AZN-dək kredit!18:07, 02 iyun 2020
Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ17:56, 02 iyun 2020
Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb 17:55, 02 iyun 2020
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib 17:54, 02 iyun 2020
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" III hissə15:00, 02 iyun 2020
Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ17:50, 01 iyun 2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi - VIDEO17:46, 01 iyun 2020
Konvalesent plazma müalicəsi 17:44, 01 iyun 2020
Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi 17:40, 01 iyun 2020
BDU 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb 17:39, 01 iyun 2020
Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək 17:37, 01 iyun 2020
Azərbaycanlı alim gürcüstanlı gənclərin suallarını cavablandırıb 17:36, 01 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə