Təqvim
"600-dən çox iranlı Azərbaycana turist kimi gəlməyə hazırlaşır -Dünyanın bir sıra ölkələri İranla əlaqəni kəsdi
24 fevral 2020 - 15:14

"KİV-də koronavirus təhlükəsi ilə əlaqədar Türkiyənin İranla sərhədi bağladığı barədə yalan məlumat yayılıb. Bu sərhəd açıqdır, sadəcə hər iki tərəfdə keçid məntəqəsindən keçən insanlara tibbi və epidemioloji nəzarət mövcuddur".
AZpress.AZ xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi deyib.
Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.
"İranlılar diplomatik nümayəndəliyin vizası ilə Azərbaycana əsasən, Bakıdan tranzit olaraq üçüncü ölkələrə getmək üçün gəlirdilər. Bu cür turistlər Azərbaycana gələn iranlı turistlərin ümumi sayının bir faizindən azını təşkil edirlər. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur",-deyə şirkət rəhbəri qeyd edib.
Onun sözlərinə görə, indiyədək 600-ə yaxın iranlı Bakıda və Naxçıvanda keçiriləcək Novruz Bayramına turlar alıb. Müxtəlif səbəblərdən yalnız 6-7 ailə Azərbaycana səyahətini ləğv edib. İranlı turistlərin Azərbaycan tərəfi ilə qəbulunda problem yoxdur. Otellər, tur masaları və istirahət bölgələri iranlı qonaqları qəbul etməyə hazırdırlar.
"Təəssüf ki, xarici KİV-lər hipertrofiyaya meyillidirlər və bəzən İrandakı koronavirus ilə bağlı məlumatları təhrif edirlər. İranın bütün sərhədləri, İraqla bir neçə keçid məntəqəsindən biri istisna olmaqla, Türkiyə və Pakistan ilə açıqdır. İranın quru yolu ilə əsas turizm çıxışı Türkiyə və Azərbaycanadır. Şirkətimiz, həmçinin iranlılar üçün Türkiyənin Van, Trabzon və başqa bölgələrinə də turlar təşkil edir. Türk turoperatorları və rəsmi qurumlar sərhədin hər zamankı kimi açıq olduğunu bildirirlər",-deyə Cahadi vurğulayıb.
Onun sözlərinə görə, İranın özündə, ölkəyə gələn və ölkədən gedənlərin hamısı dünya miqyasında standart koronavirus müayinəsindən keçirlər.
*** *** ***
Pakistan koronavirus təhlükəsi ilə əlaqədar Taftan sərhəd məntəqəsi vasitəsilə İranla nəqliyyat əlaqəsini dayandırıb.
Bu barədə "Dawn" telekanalına Bəlucistan əyalətinin daxili işlər naziri Mir Ziyaulla Lanqove bildirib. Qeyd edilir ki, bu tədbirlər ölkə vətəndaşlarının təhlükəsizliyi baxımından həyata keçirilir.
Əfqanıstanın hakimiyyət orqanları isə virus epidemiyası ilə bağlı İranla hava və quru əlaqəsini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. Bu barədə "Tolo News" telekanalı ölkənin Milli Təhlükəsizlik Şurasına istinadən xəbər verib.
Qeyd edək ki, analoji addımı Türkiyə də atıb. Ölkə epidemiya təhlükəsindən sonra İranla sərhədi bağlayıb. Eyni zamanda Gürcüstan da İranla gediş-gəlişi məhdudlaşdırıb. Hökumətin bununla bağlı qərarı koronavirusun Gürcüstan ərazisinə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunub. Qərara əsasən, İrandan Gürcüstana sərnişin axını dayandırılacaq. İran aviaşirkətlərinə Gürcüstandakı iranlı turistlərin vətənə qaytarılması üçün şərait yaradılacaq.
İraq da özünün cənub-şərqindəki Maysan əyalətinin İranla sərhəddəki "Əş-Şib" keçid məntəqəsini bağlayıb. İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru keçid məntəqəsini bağlamaq qərarını verib.
Ermənistan da analoji addım ataraq İrana gediş-gəlişi dayandıranlar arasındadır. Ölkənin hakimiyyət orqanları İranla sərhədi müvəqqəti bağladıqlarını açıqlayıblar.
İranla gediş-gəlişi dayandıran ölkələr arasında İordaniya da var. Bu ölkənin hakimiyyət orqanları Cənubi Koreya, Çinlə yanaşı, İran vətəndaşlarına da öz ərazisinə girişi qadağan edib.
Qeyd edək ki, ötən gün respublikamızın Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Dövlət Gömrük Komitəsi Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparıldığını və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
Xatırladaq ki, rəsmi məlumata əsasən İranda koronavirusa yoluxanların sayı 40 nəfəri ötüb. Ölkədə 8 nəfər yeni epidemiyanın qurbanı olub. Lakin bir sıra kütləvi informasiya vasitələri bu rəqəmlərin açıqlanan göstəricilərdən çox olduğunu iddia edirlər.(report) 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
PREZİDENT
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə