Təqvim
Mədəni tarixi abidələrimizin təbliği
14 fevral 2020 - 14:13

Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mədəni tarixi abidələrimizin təbliği” adlı layihə Suraxanı Gənclər Evində 40 nəfər şagird və 10 müəllimin və digər nümayəndələrin iştirakıyla həyata keçirildi. Tədbir fevral ayının 10-u və 11-i keçirildi, bu sahə üzrə mütəxəssis QHT sədri Faiq İsmayılov tədbirə dəvət olunmuşdu.
Tədbiri Suraxanı Gənclər İdman İdarəsinin rəisi Amil Bağırov açdı, hamını salamlayıb, dövlətin gənclər siyasətindən və əsas məqsəd gənclərimizin vətənpərvər ruhda, dövlətə, millətə layiqli vətəndaş kimi böyüməsinə və milli sərvətlərə sahib çıxmasına çağırdı.
Layihə rəhbəri Bəxtimşah Tağıyeva bu layihənin fərdi layihə kimi gənc üzvümüzün Şəms Tağıyevaya verilməsinin fondun və dövlətin gənclərə verdiyi önəmi olduğunu bildirdi. Sonra Azərbaycanın abidələri haqqında məlumat verdi.
Azərbaycanın ən qədim abidələri daş abidələrdir ki, daşdan oyma, yonma, cızma üsulu ilə hazırlanıb, Ordubad(Gəmiqaya), Abşeron (Mərdəkan, Şüvəlan) və Qobustan qayaları üzərində rast gəlinir.
Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən hazırda dənizin suları altında qalan XIII əsrdə tikilmiş “Bayıl qəsri”dir. Qala divarları şərqdə altı, qərbdə beş yarımdairəvi bürclə möhkəmləndirilmişdir. 1306-cı ildə dənizdə baş verən güclü zəlzələdən dənizdə batmışdır.
Qız qalası- Bakının , həm də Abşeronun ən sirli memarlıq abidəsidir, hündürlüyü 28 metr, diametri 1-ci mərtəbədə 16,5 m, divarların qalınlığı 5 m-dir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür, hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş, İçərişəhərdə yerləşən memarlıq abidəsidir. Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi(1435-1436), Şah məscidi(1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan ibarətdir. 2000-ci ildə Yunesko tərəfindən Qız qalasıyla birgə Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmişdir.
Atəşgah - Od məbədi XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı yerdə tikilib, 1713-cü ildə tövlə, mərkəzi məbəd-səcdəgah 1810-cu ildə tikilmişdir. Atəşgah məbəd, hücrələrdən, otaqlardan ibarətdir.
Ramana qalası Bakının Ramanı kəndində XVI əsrə aiddir, hündürlüyü 15 m və güman ki, müdafiə məqsədiylə tikilib.
Mərdəkan qalası- Bakının Mərdəkan qəsəbəsində Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Qaladan sığınacaq və gözətçi məntəqəsi kimi istifadə etmişdirlər.
Qobustan –Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir, ən qədim abidəmizdir. Sahəsi 3-4 km-dir, Qobustanda Böyükdaş, Kiçikdaş, Çınqırdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünə aid qayaüstü təsvirlər, düşərgə, yaşayış məskəni, qəbir abidələri vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olur. Bu da sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır.
Ağaoğlan qəsr kompleksi Qafqaz Albaniyası dövrünə məxsus və dağın ətəyində yerləşir, zirvəsində müşahidə qalası var. Ermənilər işğal ediblər.
Xudafərin körpüləri- Cəbrayıl rayonu ərazisində yerləşir, güneylə quzeyi birləşdirirdi. Iki Xudafərin körpüsü var, Makedoniyalı İsgəndər, ya da Poma sərkərdəsi Pompey tərəfindən tikildiyi iddia olunur. Bu körpünün Hindistandan başlayaraq Yaxın,

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İDMAN
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə