Doğulduğumuz, havasını, suyunu udduğumuz yurd, torpaq haqqında saatlarla danışmaq olar, amma buna baxmayaraq vətən mövzusunda fikir bildirmək məsuliyyətli olduğu qədər də çətindir: Axı sevgini necə danışasan? Sevgi ya var, ya da yoxdur. Var olub olmaması isə münasibətdə, əməldə özünü büruzə verir. "Səhər çağı" verilişinin aparıcısı Nüranə xanımın sualını cavablandıran xeyriyyəçi - şair Gülağa Tənha (Qənbərov) qürbətdə olanlar vətən sevgisini daha dərindən duyduğunu deyir: "Vətəni bölgələrə bölmək olmaz, Azərbaycanın hər bir kəndi, obası doğmadır, əzizdir!"
Bütün hüquqlar qorunur © 2025