Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb. Bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında əksini tapıb. Yeni strukturda Azərbaycan Prezidentinin köməkçilərinin sayı 8-dən 9-a qaldırılıb. Müvafiq sərəncamlarla Cəmilə Abbasova, Anar Ələkbərov, Kərəm Həsənov, Zeynal Nağdəliyev, Məhərrəm Əliyev, Fuad Ələsgərov, Hikmət Hacıyev, Şahmar Mövsümov və Natiq Əmirov Azərbaycan Prezidentinin köməkçisi təyin ediliblər.
Bütün hüquqlar qorunur © 2024