Təqvim
Bakıda Azərbaycanın ən ali səhnəsində - Heydər Əliyev Sarayında “Özbəkistandan sevgilərlə” adlı möhtəşəm konsert proqramı keçirilib (+FOTOLAR)
26 noyabr 2019 - 15:53

Canveten.az xəbər verir ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistanın “Art Media” şirkətinin   layihəsi ilə keçirilən konsert proqramında anşlaq olub.

İlk öncə Sarayda  Özbək gənc musiqiçilərinin iştirakı ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Sizə salam gətirmişəm” adlı musiqi klipi nümayiş etdirilib.

Türk dünyasının zəngin sənət, mədəniyyət, incəsənət beşiyi olan, Şərqin təkrarsız ənənələrini özündə yaşadan qardaş Özbəkistanın tanınmış sənətçiləri konsert proqramında çıxış ediblər.

“Özbəkistandan sevgilərlə” adlı konsert proqramında Özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistan Respublikasının Əməkdar Artistləri, Nixol Dövlət Mükafatı laureatları Uluqbek Raxmatullay və Yulduz Turdiyeva xalq və estrada musiqilərini ifa edərək Azərbaycan tamaşaçılarına gözəl zövq yaşadıblar.

Konsert proqramımda Azərbaycandan da tanınmış müğənnilər fəxri qonaqlar kimi çıxış etmiş və onlar birgə duetlər ifa etmişlər.

Azərbaycan Respublikasının xalq artisti, tanınmış muğam ustası  Mansum İbrahimov müğənni Yulduz Turdiyeva ilə birgə duetlər ifa etmiş, Uluqbek Raxmatullayev isə və Azərbaycanlı meyxanaçı Tərlan Novxanı ilə birgə musiqilər səsləndiriblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dəfələrlə Azərbaycan musiqiçilərinin Özbəkistan səhnəsində konsert proqramlarının təşkil edildiyini, lakin Özbək sənətçilərinin Azərbaycanın ali səhnəsində birinci dəfə olaraq çıxış etdiyini söyləyib. Musiqi xalqları yaxınlaşdırır, birləşdirir, doğmalaşdırır, onların qarşılıqlı anlaşmasını təmin edən universal bir dil olduğunu söyləyən diplomat tədbirə marağın böyük olduğunu vurğulayıb və layihəyə dəstək göstərən şirkətlərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, layihəyə Özbəkistandakı Azərbaycan Səfirliyi, Azərbaycan Hava Yolları Şirkəti, Azərbaycan Respublikası Sahibkarlar təşkilatı milli Konfederasiyası, Azərbaycanda “Okuklu İnşaat” Şirkəti, Azərbaycanın “Xəzər” Televiziyası və “Muz TV” xüsusi dəstək göstəriblər.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə