Təqvim
Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi (+FOTO)
15 noyabr 2019 - 01:32

Canveten.az xəbər verir ki, respublikamızın ilk və yeganə kontratenoru, Azərbaycan Dövlət Akademik Xor Kapellasının artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Əməkdar Artist İlham Nəzərov Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq müsabiqədə ən yüksək mükafata layiq görülmüşdür. Belə ki, ifaçının 2019-cu ildə işıq üzü görən F.Şubertin “Qu quşunun nəğməsi” D.957 vokal silsiləsindən ibarət olan “Həsrətə son” adlı albomu  bəstəkarın ən yaxşı təfsirçisi adını qazanmışdır. Bu ifaçının növbəti beynəxalq əhəmiyyətli uğurudur. İfaçı dəfələrlə Respublikamızdan kənarda keçirilən müxtəlif mötəbər tədbirlərdə iştirak edərək Vətənimizin adını daim uca tutmuşdur.  İ.Nəzərovun ən yüksək nailiyyətə layiq görülməsi ona Fransanın paytaxtı Parisdə 2020-ci ildə iki konsert vermək imkanı vermişdir. Həmçinin müğənninin ifası Fransada da lentə alınacaqdır.

Bu əlbətdə musiqi mədəniyyəti tariximizdə əlamətdar hadisə olmaqla yanaşı, həm də qürurverici xəbərdir. Qeyd edək ki, müsabiqədə dünyanın müxtəlif ölkələrinin təmsil edən ifaçıların iştirak etməsi onun əhəmiyyətini qaldırmaqla bərabər, iştirakçılar arasında rəqabət hissini də artırır. Lakin müğənninin ifasında F.Şubertin vokal silsiləsi yüksək peşəkar yanaşma, incə və detallı təfsir və özünəməxsus ifa xüsusiyyətlərinə görə qalib olmuşdur.

Bildiyimiz kimi, “Qu quşunun nəğməsi” vokal məcmuəsi görkəmli alman bəstəkarı F.Şubertin ömrünün son dövründə yazdığı mahnılardan ibarətdir. Silsilə 14 mahnıdan ibarətdir. İ.Nəzərovun ifasının ən vacib xüsusiyyəti əsəri kontratenor səs tembri ilə ifa etməsidir. Belə ki,  F.Şubertin vokal silsiləsinin kontratenor səs tembri ilə ifa olunması dünyada ilk dəfədir. Bu təbii olaraq Respublikamız üçün mədəniyyət hadisəsidir. Qeyd edək ki, əsərin ilk dünya premyerası 27 mart 2019-cu ildə Azərbaycan Akademik Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında baş tutmuşdur. Böyük coşğu və dinləyici rəğbəti ilə qarşılanan konsert ifaçının növbəti uğura imza atmasına səbəb olmuşdur.

         Müğənninin yaradıcılığına nəzər yetirsək onun fəaliyyətində belə bir ilkin olması birinci hal deyildir. Belə ki, ifaçının yaradıcılığı öz-özlüyündə Azərbaycan musiqi mədəniyyətində yeni və parlaq səhifəni əks etdirir. İ.Nəzərovun yaradıcılığının istiqamətlərində danışsaq o, yalnız ifaçılıq ilə kifayətlənmir. Belə ki, müğənni həmçinin ölkəmizin mədəni həyatında yaxından iştirak edir. O, barokko musiqisinin Vətənimizdə ən qabaqcıl təbliğatçılarından biridir.

İ.Nəzərovun müəllim fəaliyyəti isə onun yaradıcılığının önəmli hissəsini təşkil edir. O, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasında pedaqoji fəaliyyətlə məşğul olur. Onun tələbələri müxtəlif beynəlxalq müsabiqələrin iştirakçısı və mükafatçıları sırasındadırlar. Bu İ.Nəzərovun yeni istedadlı gənc nəslin savadlı kadr kimi yetişməsində rolunu  bir daha göstərmiş olur. İ.Nəzərov 2019-cu ildən Bakı Musiqi Akademiyasının tarixində ilk dəfə olaraq kontratenor səs tembri ilə təhsil alan tələbə yetişdirir.

Həmçinin müğənni müasir Azərbaycan vokal ifaçılıq məktəbinin ən parlaq nümayəndələrindən biri kimi dərin ənənələrə malik ifaçılıq sənətimizin ənənələrinin davamçısıdır.

Müğənninin ifaçılıq üslubu, hərtərəfli istedada malik olması, zəngin səs çalarları, peşəkarlığı, beş oktava həcmində səs diapozonu, sərhədsiz səs texnikası ona musiqi sənətində yüksək zirvələri fəth etməkdə, daim irəliyə doğru addımlasında yardımçı olur. İfaçının geniş səs diapozonuna malik olması ona soprano, metso-soprano, alt, kontralt, bariton və bas partiyalarını ifa etməyə imkan verir.Məhz bu amillər İ.Nəzərovu musiqi mədəniyyətimizdə unikallaşdıran və onu mədəni-tarixi  hadisəyə çevirən səbəbdir. Bu tək Azərbaycanda deyil, dünyada da tez-tez rast gəlinən hal deyildir.

Biz musiqiçimizə yeni yaradıcılıq zirvələri arzulayır və yeni nailiyyətləri ilə musiqi mədəniyyəti tariximizdə yeni səhifələr yazmağı arzu edirik!

 

Günel Bəkirli

 

Sosial şəbəkələrdə paylaş:
ZİYA MƏMMƏDOVUN DÜKAN QALMAQALI QAZİLƏRİ AYAĞA QALDIRDI - VİDEO17:34, 28 mart 2020
Britaniya kraliçası da koronaya yoluxdu17:29, 28 mart 2020
Şura 56 layihəni korona ilə mübarizəyə dəyişdi – Müraciət17:26, 28 mart 2020
Gülağa Tənha Özündən sonra gələn nəsil üçün...17:21, 28 mart 2020
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi 12:13, 28 mart 2020
“BakuBus” avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb 12:10, 28 mart 2020
Bakıda küçəyə çıxma qadağası... - DİN-dən cavab12:07, 28 mart 2020
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO12:03, 28 mart 2020
Gülağa Tənha İşıq gələn tərəfə...23:52, 27 mart 2020
Azərbaycanda dəhşətli faciə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü 18:33, 27 mart 2020
Ağcabədidə ahıl və tənha sakinlər qayğı ilə əhatə olunub 18:29, 27 mart 2020
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir 18:25, 27 mart 2020
Muxtar respublikada dezinfeksiya işləri davam etdirilir 18:23, 27 mart 2020
Gənclər Fondunun fəaliyyəti ilə bağlı məlumatlar 12:38, 27 mart 2020
Dahilərin xəstəliyi - epilepsiya... 12:34, 27 mart 2020
Azərbaycan İstiqlal Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.12:31, 27 mart 2020
“AzRusTrans” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı 12:28, 27 mart 2020
Tənha yaşlılara göstərilən sosial xidmətlərə dəstək olan qurumların sırası genişlənir 19:26, 26 mart 2020
Gülağa Tənha Tövsiyə!19:18, 26 mart 2020
Koronavirusdan ən çox ziyan çəkən 12 sahə... - Nazir açıqladı19:13, 26 mart 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə