Mina Abbasovanın növbəti qızıl medalı - bu dəfə Rumıniyada (+FOTOLAR)

Təqvim
Mina Abbasovanın növbəti qızıl medalı - bu dəfə Rumıniyada (+FOTOLAR)
08 noyabr 2019 - 12:34

Canveten.az xəbər verir ki, noyabr ayının 1-dən 3-dək​ Rumıniyanın Arad şəhərində Bədii Gimnastika üzrə​​ ​“Arad Trophy – 2019”   Beynəlxalq Turniri keçirilmişdir.​ Rumıniya ilə yanaşı, Macarıstan, Moldova, Belarusiya, Bosnya və Hersoqovina, Serbiyadan olan müxtəlif yaş kateqoriyalı, ümumilikdə 290 gimnastın iştirak etdiyi yarışlarda Azərbaycanı balaca gimnastımız – Mina Abbasova təmsil edib.​

Yeni mövsümdə mötəbər idman tədbirinə yeni proqramla qatılan gimnastımız topla ifasına görə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Qızıl medala sahib olub. Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun melodiyası altında qurulan uğurlu rəqs nömrəsi milli koloritlə, məhz Azərbaycana məxsus milli detallarla seçildiyi uçun münsiflər heyətinin və azarkeşlərin böyük marağına səbəb olub. Mina bu dəfə  yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı  milli ornamentlerlə zəngin idman kostyumunda qatılıb.   

Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək yüksək mükafatını qəbul edən balaca gimnastımız sayca 36-cı medalını (14 qızıl, 19 gümüş, 3 bürünc) qazanıb.    

Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə hər kəsin diqqətini cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri “Rus Rg Sport” klubunun üzvüdür. 10 yaşlı balaca gimnastımızının ən böyük arzusu ölkəmizi böyük miqyaslı dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Qarşıda onu Sloveniya və Lüksemburqda keçiriləcək məsuliyyətli yarışlar gözləyir.

 Uğurlar,  Mina!

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə