Canveten.az xəbər verir ki, cari ilin oktyabr ayında Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin toplusuna məxsus eksponatın - Aşıq Hüseyn Bozalqanlının büstünün bərpa və konservasiyaya ehtiyacı olduğu mərkəzimiz tərəfindən müəyyənləşdirilmişdir. Bununla əlaqədar eksponat Elmi Bərpa Mərkəzinin ali-dərəcəli bərpaçıları tərəfindən “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”da müəyyən edilmiş qaydada 10 gün ərzində yerində bərpa olunmuşdur.
Bütün hüquqlar qorunur © 2025