Təqvim
ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçildi (+FOTOLAR)
18 oktyabr 2019 - 14:07

Canveten.az xəbər verir ki, bugün Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin növbəti plenar iclası keçirildi. Gündəlikdə olan məsələ 2019-2022-ci illər dövrü üzrə Azərbaycan Milli Komitəsinin yeni sədr və Rəyasət Heyətinin seçilməsi idi.

İclası ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru açaraq,2016-2019-cu illər dövründə fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə çıxış etdi.

ICOMAzərbaycanMilli Komitəsinin mühasibi Könül Abbasova isə sözügedən dövr üzrə maliyyə hesabatını diqqətə çatdırdı.

Sonra Seçki komissiyasının üzvləri Məhfuzə Zeynalova və Həcər Alxasova Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin üzvlüyünə namizədləri -Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, “Azterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, Heydər Əliyev Mərkəzində mədəniyyət və incəsənət üzrə məsləhətçi Emin Məmmədov, Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzində Elmi araşdırmalar və Heydər Əliyev irsinin təbliğatı şöbəsinin müdiri Nigar Rəhimli, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalovanıiclas iştirakçılarına təqdim etdilər, onlarbarədə ətraflı məlumat verdilər.

Təqdimatdan sonra iclas iştirakçılarına açıq səsvermə ilə öz münasibətlərini bildirmək təklif edildi.Səsvermənin nəticələrinə əsasən ICOM AzərbaycanMilli Komitəsinin Rəyasət Heyətinin yeni üzvləri müəyyən olundu.

Daha sonra Rəyasət Heyətinin yeni üzvləri arasından ICOM Azərbaycan Milli Komitəsinin sədri və katibi vəzifəsinə seçki keçirildi. Rəyasət Heyətinin yeni üzvlərinin yekdil qərarı ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova növbəti dəfə ICOM Azərbaycan Milli Komitəsinin sədri, muzeyin baş mütəxəssisi Rəma Zeynalova isə komitənin katibi seçildi.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) nizamnaməsinə əsasən ICOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə heyətini seçir.ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat kimi Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir. Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrini öyrənmək, silahlı toqquşmalar zamanı mədəni dəyərləri xilas etmək, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparmaq, mədəni irsin qorunması, ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə