Təqvim
"Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar keçirilir (+FOTOLAR)
17 oktyabr 2019 - 16:34

Canveten.az xəbər verir ki, oktyabrın 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən "Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi"mövzusunda dördgünlük seminar başlayıb.

Seminarın açılışında Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp iştirak ediblər.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp seminarın açılışında çıxış edərək iki ölkə arasındakı əlaqələrdən bəhs edib, son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlığa əlavə imkanlar yaratdığını diqqətə çatdırıb.

İki ölkə arasında gömrük sahəsindəki əməkdaşlıqdan məmnunluğunu bildirən səfir, Azərbaycanın şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə mühüm addımlar atdığını, effektiv sərhəd nəzarətinin bu istiqamətdə mühüm rol oynayacağını vurğulayıb və bu sahədə təcrübə mübadiləsinin önəmindən bəhs edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov bildirib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən siyasət və prioritet hədəflər çərçivəsində gömrük orqanları iqtisadi təhlükəsizliyin təmin edilməsi, gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühitinin formalaşdırılması və tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Komitə sədrinin müavini çıxışında gömrük sisteminin beynəlxalq təcrübə nəzərə alınmaqla, müasir və yeni çağırışlara cavab verən model əsasında formalaşdırıldığını, yeni idarəçilik mexanizmlərinin tətbiqinə başlanıldığını qonaqların diqqətinə çatdırıb.

Cavad Qasımov iki ölkə arasında gömrük sahəsindəki əməkdaşlıqdan söhbət açaraq 2018-ci ildən etibarən həyata keçirilən "Hunter" layihəsindən bəhs edib. Komitə sədrinin müavini bildirib ki, layihə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsinin aparılması və yeni müasir texnologiyaların tətbiqi sahələri üzrə əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətə malikdir.

O da vurğulanıb ki, "Hunter" layihəsi üzrə gömrük prosedurlarının sadələşdirilməsi, yeni müasir texnologiyaların tətbiqi ilə hədəfləmə sistemlərinin inkişaf etdirilməsi,o cümlədən "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin Dövlət Gömrük Komitəsi tərəfindən tətbiqi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi prioritet hədəflərdir.

Qeyd edək ki, seminar çərçivəsində Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Bob Hilton, Debbie Tether tərəfindən iştirakçılara "Aviasərnişinlər üçün Riskin İdarəolunmasına Giriş" , "Qərarlara Əsaslanan Riskin İdarəolunması və Digər Texnikalar" , "Profilləşdirmə və Risk Göstəriciləri" və digər mövzularda məlumatlar veriləcək, praktiki məşğələlər keçiriləcək.

Dördgünlük seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə