Təqvim
Dünya İqtisadi Forumunun 2019-cu il üçün nəşr olunan “Qlobal Rəqabətlilik İndeksi” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin şərhi (+FOTO)
16 oktyabr 2019 - 07:52

Canveten.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir, biznes mühitinin əlverişliliyi təmin edilir. Azərbaycandakı bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən də izlənilir və yüksək dəyərləndirilir.

Bu mənada Dünya İqtisadi Forumu tərəfindən bu günlərdə nəşr edilmiş "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatı diqqətə layiqdir. Beləki, həmin hesabatda Azərbaycan ötənilki göstəricidən 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB iştirakçıları arasında yüksək nəticələr əldə edib.

Hesabatda yer alan istiqamətlərdən biri də əqli mülkiyyətin qorunması sahəsidir və ölkəmizin bu sahə üzrə göstəriciləri olduqca müsbət sayıla bilər. Belə ki, “İnstitutlar” indikatorunun “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə Azərbaycan 70,4 bal ilə 30-cu yerdə qərarlaşıb. Bu indicator üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini də geridə qoyub. Ölkəmiz Ermənistandan - 35, Gürcüstandan isə 64 pillə irəlidə qərarlaşaraq, Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün bildirək ki, burada Rusiya Federasiyası 90-cı, Ukrayna isə - 118-ci yerdədir.

Onu da qeyd edək ki, "Qlobal Rəqabətlilik İndeksi” nin son beşilin nəşrlərinə görə, Azərbaycanın “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə göstəriciləri (2015-ci ildə - 92-ci yer, 2016-cı ildə - 71-ci yer, 2017-cı ildə - 37-ci yer, 2018-cı ildə isə 36-cı yer, 2019-cu ildə isə 30-cu yer) yüksələn xətt üzrə dəyişib.

Nəzərə alınmalıdır ki, əqli mülkiyyətin qorunmasının səviyyəsi ölkəyə xarici investisiyaların cəlb olunması ilə sıx əlaqəlidir.

“İnnovasiya” göstəricisi də müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Hesabatın “Patent ərizələri” sub-indeksi üzrə Azərbaycanın reytinqi yüksəlib və bu, ölkəmizin “İnnovasiya” indeksi üzrə ötən ilki göstəricidən 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmasına səbəb olub.

Bütün bunlar dövlət başçısının rəhbərliyi altında ölkədə aparılan davamlı və səriştəli uzaqgörən iqtisadi islahatların verdiyi bəhrədir. Bu islahatlar, o cümlədən düşünülmüş institusional dəyişikliklər nəticəsində həmçinin əqli mülkiyyət sahəsinin inkişafı təmin edilmiş, sahə üzrə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə