Xalq artisti Səməd Səmədov saçına boya qoymamasının səbəbini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, müğənni “Hüseynova bacıları” proqramına qonaq olarkən xanımının ona şərt qoyduğunu bildirib. Uzun illərdir qara rəngdən istifadə edən sənətçi daha belə addım atmayacağını söyləyib: “Həyat yoldaşım qarşıma şərt qoydu. Dedi ki, ya başına rəng qoymursan, ya da mən evdən çıxıb gedirəm. Ya mən, ya “kraska”... Hər zaman həyat yoldaşımın sözü ilə oturub-dururam. Ona görə də belə zirvədəyəm”.
Bütün hüquqlar qorunur © 2024