“Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisində Azərbaycan mədəniyyəti təqdim olunur +FOTO=8 ( Bağırzadə Əqdəs - AZpress.AZ )

Təqvim
“Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisində Azərbaycan mədəniyyəti təqdim olunur +FOTO=8 ( Bağırzadə Əqdəs - AZpress.AZ )
01 oktyabr 2019 - 15:28

 AZpress.AZ xəbər verir ki, Çin Xalq Respublikasının Haynan şəhərində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisi təşkil olunub. Sərgi 28 sentyabr 2019 – 5 yanvar 2020-ci illərdə Cənubi Çin Dənizinin Çin (Haynan) Muzeyində keçirilir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli Mədəni İrs Administrasiyası və Çin Bədii Sərgilər təşkilatının keçirdiyi tədbirdə Azərbaycan stendi də təqdim edilir. Burada ölkəmizə aid xalçalar, xalça məmulatları, milli geyimlər, zərgərlik və musiqi alətləri nümayiş olunur. Həmin eksponatlar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə sərgilənir.

Çin Xalq Respublikasının 70 illiyinə həsr edilən sərginin rəsmi açılış mərasimi sentyabrın 28-də olub. Mərasimdə Haynan Turizm, Mədəniyyət, Televiziya və İdman Departamentinin, Çin Mədəni İrs Mübadilə Mərkəzinin və onun Xarici Əlaqələr İdarəsinin, Haynan Mədəni İrs İnzibatçılığının, Haynan Muzeyinin nümayəndələri və Haynan şəhərinin sakinləri iştirak ediblər. Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisi ilk dəfə 2019-cu ilin may – avqust aylarında Pekin şəhərində Çin Milli Muzeyində keçirilib. Burada 22 Asiya ölkəsinin, o cümlədən Azərbaycanın dünya mədəniyyətinə töhfə sayılan eksponatları təqdim olunub. Üç ay davam edən sərgini iki milyondan çox qonaq ziyarət edib. Sərginin ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmasını nəzərə alaraq, onu bölgələrdə də nümayiş etdiriblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə