Təqvim
Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb (+FOTOLAR)
25 sentyabr 2019 - 01:05

Canveten.az xəbər verir ki, sentyabrın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasında B-Scan avadanlığının rentgen görüntülərinin dəqiq və düzgün oxunması ilə bağlı ixtisasartırma təlimi başlayıb. Üç günlük təlimi Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professoru Dimitriy Afonin aparır.

Akademiyanın rəisi Qulu Novruzov qonağı salamlayaraq onu bu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov Azərbaycanda son bir ildən artıq müddət ərzində gömrük xidmətində aparılan intensiv islahatlara toxunaraq, bu islahatlarda prioritet istiqamətlərdən biri kimi gömrükçülərin peşə hazırlığının artırılmasının olduğunu bildirib.

Akademiya rəisi son bir il ərzində gömrük-keçid məntəqələrininən son texnoloji avadanlıqlarla təmin olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb. Qulu Novruzovun sözlərinə görə, professor Dimitriy Afoninin səfəri Rusiya Federasiyasının Gömrük Akademiyası ilə Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsindən sonra atılan ilk addımdır. Qulu Novruzov əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professoru Dimitriy Afonin hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrindən, eləcə də keçirilən təlimin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, təlim müddətində "Gömrük nəzarəti məqsədi üçün istifadə edilən skaynerlərin təyinatı və xüsusiyyətləri", "Skaynerlərin işə hazırlanması", "Fiziki şəxslərinskan edilməsinin həyata keçirilməsi", "Kontur" skaynerinin proqram vasitələrindən istifadə etməklə görüntülərinin analizi" və digər mövzularda məruzələr təqdim olunacaq. Bununla yanaşı, təqdim olunan mövzular üzrə praktiki məşğələlər keçiriləcək.

Təlimin sonunda yekun attestasiyanın və test formasında imtahanın keçirilməsi nəzərdə tutulur.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə