Təqvim
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub (+FOTOLAR)
16 sentyabr 2019 - 23:59

Canveten.az xəbər verir ki, Özbəkistanın Kokand şəhərindəki qədim Xudayar Xan sarayında Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub.

Festivala dünyanın 78 ölkəsindən xalq tətbiqi sənətinin peşəkarları, bu sahənin ekspertləri qatılıb.

Rəsmi açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin və parlamentin üzvləri, səfirlər, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və nazirliyin şöbə müdiri Günel Aslanova, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ölkəmizin nümayəndə heyəti, habelə festivalın fəxri qonaqları, müxtəlif ölkələrin təmsilçiləri və diplomatik korpusun nümayəndələri əvvəlcə Kokand şəhər Mərkəzi parkında quraşdırılmış dünyanın 70-ə yaxın ölkəsindən olan sənətkarlar tərəfindən hazırlanan əl işləri və tətbiqi sənət nümunələrinin nümayiş etdirildiyi xüsusi stendlərlə tanış olublar. Tanışlıq zamanı festivaldakı Azərbaycan guşəsinə də baxış keçilirib. Ölkəmizin müxtəlif bölgələrindən olan sənətkarlar tərəfindən hazırlanmış əl işləri və yeni sənətkarlıq nümunələrinin nümayiş etdirildiyi Azərbaycan stendi ilə tanış olan nazir Əbülfəs Qarayev ölkəmizdən gələn sənətkarlarla söhbət edib, əl işlərinə baxıb və onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, Azərbaycandan bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar Azərbaycanda işlənən xalq tətbiqi sənəti nümunələrini nümayiş etdirirlər.  

Açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirə qatılan ölkələrin nümayəndə heyətlərini salamlayaraq bildirib ki, tətbiqi sənət hər bir xalqın həyatında mühüm yer tutur. Belə festivalın keçirilməsi üçün bu qədim şəhər təsadüfən seçilməyib. 2000 illik tarixi olan Kokand Fərqanə vadisinin incisidir və bu qədim şəhər təkrarsız koloriti ilə fərqlənir.

Dövlət başçısı vurğulayıb ki, Fərqanə vadisi dünya elminə və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Əhməd Fərqani, Burxoniddin Marqilani, Zaxiriddin Məhəmməd Babur, Babaraxim Maşrab və digər şəxsiyyətləri tanımayan yoxdur.

Sonra Prezident Özbəkistanın digər şəhərlərinin tətbiqi sənət ustalarının uğurlarından danışıb.

Şavkat Mirziyoyev festivalın fəxri qonaqları, o cümlədən nazir Əbülfəs Qarayevlə görüşüb, qısa söhbət edib.

Açılış mərasimi Özbəkistanın incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.

 

Sosial şəbəkələrdə paylaş:
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib YENİLƏNİB VİDEO16:16, 22 oktyabr 2019
HDQ-nin taktiki təlimləri başa çatıb (+FOTOLAR, +VIDEO) 13:43, 22 oktyabr 2019
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub (+FOTOLAR) 02:58, 22 oktyabr 2019
"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib (+FOTOLAR, +VIDEO) 02:18, 22 oktyabr 2019
Gülağa Tənha - Rasim Əliyevin fikirləri və İlham Əliyev klip 22:45, 21 oktyabr 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib (+FOTOLAR) 17:57, 21 oktyabr 2019
Nazim Ərəbov kitablarını hədiyyə etdi (+FOTOLAR) 17:51, 21 oktyabr 2019
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-cisayı nəşr olunub (+FOTOLAR) 15:39, 21 oktyabr 2019
Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblər (+FOTOLAR) 15:28, 21 oktyabr 2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb (+FOTOLAR) 02:03, 21 oktyabr 2019
Akademik Musiqili Teatr Təbriz səfərinə hazırlaşır (+FOTOLAR) 03:33, 20 oktyabr 2019
Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar (+FOTOLAR) 03:21, 20 oktyabr 2019
Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib (+FOTOLAR) 03:13, 20 oktyabr 2019
ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçildi (+FOTOLAR) 14:07, 18 oktyabr 2019
Ruslan Mollayev " Payız " (+FOTO)14:00, 18 oktyabr 2019
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır (+FOTO) 13:42, 18 oktyabr 2019
“UniTalks”: Dizaynda insan psixologiyası13:31, 18 oktyabr 2019
Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Xəmsə"sinin təqdimatı keçirilib (+FOTOLAR) 12:25, 18 oktyabr 2019
Gülağa Tənhanın jurnalistlərlə görüşü 23:14, 17 oktyabr 2019
"Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar keçirilir (+FOTOLAR) 16:34, 17 oktyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə