Təqvim
Akademik Musiqili Teatr Üzeyir Hacıbəyli – XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində (+FOTOLAR)
12 sentyabr 2019 - 22:52

Canveten.az xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üç səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək. Sentyabrın 20-də və 22-də  dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr 110-cu mövsümünün açılışında nümayiş olunacaq "O olmasın, bu olsun” iki hissəli musiqili komediyasında Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın peşəkar aktyorları çıxış edəcək. Bu tamaşada həmçinin, İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn Hambal obrazını canlandıracaq. “Silva” (İ.Kalma) tamaşasında isə Belarus Respublikasının Əməkdar artisti, Belorusiya Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları ilə birgə eyni səhnəni paylaşacaq.

Akademik Musiqili Teatr teatrsevərləri biri-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir! 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "iticket.az” saytından əldə etmək olar.

 

Sosial şəbəkələrdə paylaş:
Vətənpərvər şair Gülağa Tənhanın Azərbaycan xalqına BAYRAM TƏBRİKİ14:27, 21 mart 2023
Yüksək vəzifəli məmurlar saxlanıldılar 14:12, 21 mart 2023
Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq 10:46, 20 mart 2023
Gülağa Tənha "Ya Rəbbim"... (+VİDEO)10:39, 20 mart 2023
Mehriban Əliyevadan Novruz TƏBRİKİ 10:27, 20 mart 2023
Gülağa Tənha - şairin öz səsi ilə (+ViDEO)10:37, 19 mart 2023
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar +FOTO=9500:58, 19 mart 2023
Suqovuşanda inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyuldu +FOTO=500:44, 19 mart 2023
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar +FOTO=1000:36, 19 mart 2023
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib +FOTO=600:26, 19 mart 2023
DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var10:46, 18 mart 2023
Məhkəmə Putinin həbsinə order verdi 10:30, 18 mart 2023
GÜLAĞA TƏNHA: KÖHNƏ ALBOMDAKI KÖHNƏ ŞƏKİLLƏR10:27, 18 mart 2023
Qarabağdakı sülhməramlılar arasında ölənlər var 14:21, 17 mart 2023
Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşdı 14:07, 17 mart 2023
ALLAH adamı, vətənpərvər şair GÜLAĞA TƏNHA tərəfindən Masallı və Lənkəranda bayram sovqatı paylanılıb +FOTO=3013:52, 17 mart 2023
Bu ölkədə də "TikTok"dan istifadə qadağan ediləcək 13:25, 17 mart 2023
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var13:17, 17 mart 2023
İranda hicab qanununu pozanlar cəzalandırılacaq15:08, 16 mart 2023
Gülağa Tənhanın Vətən haqqında fikiri... (+ViDEO)14:53, 16 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə