Təqvim
İmamoğlu - Ərdoğan savaşı başlayır
28 avqust 2019 - 15:01

Şahin Cəfərli,

Siyasi icmalçı

İstanbul Böyükşəhər Bələdiyyəsi AKP-yə yaxın 6 vəqflə (QHT) imzalanmış və bu qurumlara bələdiyyə büdcəsindən maliyyə ayrılmasını nəzərdə tutan protokolları ləğv edib. Bu vəqflərdən ikisi (TÜRGEV və TÜGVA) bilavasitə prezidentin övladları tərəfindən idarə olunur. Oğlan uşaqlarına təcavüz hadisələri ilə gündəmə gələn Ənsar Vəqfi də yardım alan qurumlar arasında olub. İndiyədək bu vəqflərə bələdiyyədən toplam 357 milyon 453 min lirə pul ayrılıb.

Başqa bir qərarla adı çəkilən vəqflər üçün İBB tərəfindən inşa olunan binalar, ofislər, idman obyektləri, avtoparklar onlara verilməyəcək və bələdiyyə balansında saxlanılacaq. Bu tikintilər üçün bələdiyyə 165 milyon lirə xərcləyib.

İmamoğlu-Ərdoğan rəqabəti mövzusunda bu gün yayılan digər məlumat isə son günlərin tətil (istirahət) mübahisələri ilə əlaqədardır. Ərdoğan bir neçə gün əvvəl İstanbuldakı sel zamanı İmamoğlunun tətildə olduğunu söyləyərək onu qınamış və bildirmişdi ki, özü istər bələdiyyə başqanlığı zamanı, istərsə də prezidentlik dövründə tətilə getməyib. Lakin İBB-dən mediaya ötürülən informasiyaya əsasən Ərdoğan 55 aylıq (4 il 7 ay) bələdiyyə başqanlığı dövründə 10 ay (302 gün) müxtəlif səbəblərdən (tətil, ezamiyyət, həkimdən arayış və s.) işdə olmayıb.


Əslində hazırda Türkiyə siyasətində qəbul olunan qərarlara, atılan addımlara, səslənən bəyanatlara növbəti prezident seçkiləri kontekstində yanaşmaq lazımdır. Baş verənlər qarşıdakı (erkən də ola bilər) seçki kampaniyasının prelüdiyasıdır. İmamoğlu ciddi xətalara yol verməsə və 23 iyun öncəsində onun ətrafında formalaşmış rəsmi və qeyri-rəsmi ittifaqlar (Millət İttifaqı + kürdlər) qorunub saxlanılsa, Ərdoğan qarşısında ən güclü namizəd o olacaq. (CHP-də M.İncənin də iddiası var.) Hökumətin HDP-li 3 böyükşəhər bələdiyyə başqanını vəzifədən kənarlaşdırması da məhz bu ittifaqları parçalamağa yönəlib və terrorla mübarizə ilə əlaqəsi yoxdur. Yaxşı düşünülmüş gedişdir:

- Əvvəla, aydındır ki, millətçi İyi Parti bu qərara qarşı çıxmayacaq, çünki əks təqdirdə, partiyanın bölünməsi riski realdır. (İyi Parti daxilində 2 qrupun - mərkəzçilərin və radikal millətçilərin mübarizəsi var və Meral Akşener partiyanın bütövlüyünü çətinliklə qoruyur.)

- İkincisi, plan belədir ki, CHP çətin seçim qarşısında qalsın: qərara sərt və birmənalı şəkildə etiraz etsə, HDP ilə eyni cərgədə dayanmış olacaq, bu isə nəinki İyi Partinin, CHP-nin öz içərisindəki ulusalcıların da dəstəyini itirmək riski yaradır. Yox, etiraz etməsə, bu, növbəti seçkilərdə HDP seçicilərindən dəstək ala bilməmək mənasına gəlir. Yəni Ərdoğan və Bahçelinin hesablamaları belədir ki, CHP hansı addımı atsa, vəziyyətdən itki ilə çıxır.

İndi Cumhur İttifaqının da, prezident Ərdoğanın da reytinqi 50%-in altındadır. İtkiləri kompensasiya etmək üçün milliyyətçi-mühafizəkar kəsimləri təkrar bir araya gətirməyə ehtiyac var. Əvvəlki kimi, toplumu sağ-sol zəminində qütbləşdirmək effekt vermir, həm Millət İttifaqı, həm də daha dərin səbəblər (məsələn, nəsil dəyişikliyi) bu siyasəti pozur. Ona görə də yeni qütbləşdirməni "terrora qarşı olanlar - terrorun yanında yer alanlar" zəminində yaratmağa cəhd edirlər. Bununla yuxarıda qeyd etdiyimiz məqsədlərdən əlavə, AKP daxilində səfləri sıxlaşdırmaq və yeni partiyanın (Gül-Babacan) bu hovuzdan pay götürməsini əngəlləmək də nəzərdə tutulur.

Türkiyə müxalifəti yeni sınaq qarşısındadır, amma ağırlaşan iqtisadi böhran iqtidar üçün ciddi başağrısıdır. 

Sosial şəbəkələrdə paylaş:
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
Gülağa Tənha: Keçmişi fəhlə olan azərbaycanlı milyonçu haqqında bilmədikləriniz…15:03, 28 mart 2023
Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi 14:57, 28 mart 2023
Bakı sakinin polis bölməsində öldürülməsi barədə RƏSMİ AÇIQLAMA15:37, 27 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə