Təqvim
Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb (+FOTOLAR)
12 sentyabr 2019 - 00:52

Canveten.az xəbər verir ki,  sentyabrın 11-də  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

İmzalanma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru  İqbal Babayev, Komitənin müvafiq strukturlarının rəhbərləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və “Huawei” şirkətinin təmsilçiləri iştirak ediblər.

Niyyət protokolunun imzalanmasında məqsəd  Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, Azərbaycan və Çin Xalq Respublikası arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasındakı mövcud dostluq münasibətlərinə söykənən əməkdaşlıqdan danışan Komitə sədrinin birinci müavini Çinilə Azərbaycan arasında uğurlu iqtisadi əlaqələrin bariz nümunəsi olaraq ticarət dövriyyəsinin ildən-ilə artdığını qeyd edib. İsmayıl Hüseynov vurğulayıb ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəiqtisadiyyatının şaxələndirilməsi, ixrac və transit potensialının artırılması istiqamətində mühüm islahatlar və layihələr həyata keçirilir.

Bu il Prezident İlham Əliyevin "Birkəmər, biryol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını xatırladan İsmayıl Hüseynov qeyd edib ki, Azərbaycanın məhz bu təşəbbüsə qoşulması və fəal iştirakı ölkələrimizini qtisadi-ticari əlaqələrinin, xüsusəndə "Birkəmər, biryol" strategiyası üzrə əməkdaşlığının böyük  perspektivlərindən xəbər verir.

Komitə sədrinin birinci müavini vurğulayıb ki, gömrük xidmətinin əsas istiqamətlərindən biri də sərhəd-gömrük buraxılış məntəqələrindən keçən mallara, nəqliyyat vasitələrinə və vətəndaşlara gömrük nəzarətini tətbiq etməklə sərhəd keçidini sürətləndirməkdir. Məhz bu balansı tənzimləmək üçün həm vətəndaşın rahatlığının, həm də ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə  yeni innovasiya  yönümlü  layihələrə böyük üstünlüklər veririk-deyə sözünə davam edən İ. Hüseynov İT texnologiyaları vasitəsilə gömrük prosedurlarının həyatakeçirilməsi istiqamətində mühüm addımların  atıldığını diqqətə çatdırıb.

Qarşılıqlı iqtisadi-ticari əlaqələrin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu qeyd edən Komitə sədrinin birinci müavini bu əlaqələrin daha da genişləndirilməsində Dövlət Gömrük Komitəsinin maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquq pozmaları, eləcə də qaçaq malçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün bu sahə də də hər zaman ən müasirin formasiya texnologiyalarının tətbiqinə çalışır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru  İqbal Babayev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir. İqbal Babayev qeyd edib ki, DGK müxtəlif texnologiyaları və innovative həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları, biznes ictimaiyyəti, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq  edərək gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir. Sədr müavini Azərbaycan gömrük sahəsində son illər innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. "Huawei" şirkəti ilə imzalanan niyyət protokolunun gələcəkdə   İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da qeyd edib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan iki ölkə arasındakı iqtisadi münasibətlərdən bəhs edərək  Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib. Vurğulanıb  ki, son illər Azərbaycan və  Çin arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq günü-gündən dərinləşir. Diplomat Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda fəal investisiya mühitinin formalaşdığını, xarici investisiyaların cəlb edilməsi istiqamətində atılan  mühüm addımları yüksək qiymətləndirib.

"Huawei" şirkətinin Avropa və Asiya üzrə nümayəndəliyinin  rəhbəri Janq Jijian təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. Yeni texnologiyaların tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən Janq Jijian Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin İT texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirib.

Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və “Huawei Tech. Azerbaijan” MMC-nin rəhbəri  Lu Canlin imzalayıblar.

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə