Təqvim
Məşhur turizm şirkətinə ağır ittiham: 20-dən çox ailəni aldatdılar - Polis araşdırmaya başladı
27 avqust 2019 - 15:47

Azərbaycanda fəaliyyət göstərən məşhur turizm şirkətlərindən birinin insanları aldatdığına dair iddia irəli sürülüb.

İddia ilə sosial şəbəkə istifadəçisi Leyla Məmmədli çıxış edib.

Onun sözlərinə görə,"InTravel.Az" saytından Antalyaya tətilə getmək üçün turpaketalıb, lakin hava limanında aldadıldığı məlum olub.

L.Məmmədli deyir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında ona nə biletinin olduğu, nə də adına hotel bron edildiyi bildirilib.

Sosial şəbəkə istifadəçisinin iddiasına görə, 20-dən çox ailə həmin turizm şirkətinin dələduzluğundan əziyyət çəkir.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətin meneceri Zahir Mahmudov saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını vurğulayıb:

"Şirkətimizin Nərgiz Məmmədova adlı satış meneceri bir müddət əvvəl səhhətində yaranan problemə görə işdən icazə alıb. O, daimi müştərilərin etibarından sui-istifadə edərək onlara saxta sənəd verib, biletlər satıb. Sadəcə, bizim şirkətin deyil, başqa şirkətlərin də adından saxta sənədlər verilib. Nərgiz Məmmədova bu yolla təxminən 20-yə yaxın ailəni aldadıb".

Z.Mahmudov qeyd edib ki, məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Nəsimi Rayon Polis İdarəsindən isə bildirilib ki, hazırda işlə bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
PREZİDENT
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə