Təqvim
Balaca gimnastımız Mina Abbasova Budapeştdə qızıl medala sahib oldu (+FOTO=8)
26 avqust 2019 - 14:37

AZpress.AZ xəbər verir ki, 9 yaşlı, balaca gimnastımız Mina Abbasova iyun ayında Bakıda keçirilən “Gymkids kuboku 2019” –Bədii Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatında qazandığı qızıl medalından sonra 23-25 avqust tarixlərində Macarıstanın Budapeşt şəhərində XIX ənənəvi “Gracia” kuboku uğrunda yarışlarda ölkəmizi layiqincə təmsil edib və sayca 35-ci medalına (13 qızıl, 19 gümüş, 3 bürünc) sahib olub.

Macarıstanla yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmalarının qatıldığı bu mötəbər turnirdə həmyerlimiz Mina Abbasova alətsiz çıxışda rəqiblərini böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və komandasına qələbə sevinci bəxş edib. Növbəti 2-ci və 3-cü yerlər macar və rus gimnastlarına verilib.

Qeyd edək ki, balaca gimnastımız indiyə qədər iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə yadda qalıb. Onun bu uğurları təkcə öz idman karyerasına deyil, Azərbaycanın idman tarixinə də qızıl hərflərlə yazılmaqdadır.

O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.

Balaca gimnastımızın həmişəki kimi ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Uğurlar, Mina!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə