Canveten.az xəbər verir ki, 8 Avqust 2019-cu il tarixində saat 16:30-da Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən “Globus Center”də 12 Avqust “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbiri keçiriləcək. 2019-cu il Beynəlxalq Gənclər Gününün konsepti “Təhsildə Transformasiya”-dır (IYD2019 “Transforming Education”). TədbirBMT-nin 2030 Gündəliyinə uyğun olaraq hazırlanmış və 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsil”in təbliği və inkişafına həsr olunmuşdur. 2019-cu il Beynəlxalq Gənclər Günü keyfiyyətli təhsili təmin etmək və inklüziv cəmiyyətlərdə gənclərin rolunu artırmaq üçün cari bilik və təcrübələrin vurğulanmasına həsr olunacaq. Azərbaycan gəncləri də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Azərbaycan gəncliyi bu gün Birləşmiş Millətlər Təşkilatı, Avropa Gənclər Forumu, Avropa Birliyi, Avropa Şurası, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur. Bu münasibətlə NAYORA, Beynəlxalq Gənclər Gününü quruma üzv olan və üzv olmayan təşkilatların nümayəndələri ilə birlikdə qeyd etməyi planlaşdırır. Tədbirdə gəncləri mədəni-musiqili konsert, fərqli peşə sahiblərininTEDx çıxışları, xarici ölkələrin millli rəqsləri, məşhur musiqi qruplarının ifaları, gənclər gününə həsr olunmuş oyunlar, müxtəlif hədiyyələr və yekunda isə şam yeməyi gözləyir.Tədbir zamanı gənclərin iştirakı ilə keçiriləcək oyunlar inklüzivliyin artırılması və gənclər arasında bilik və bacarıqların bölüşməsinə həsr olunacaq. TedX çıxışında pilot Cəlal Rəhimov, alpinist, səyahətçi Baba Ağayev, fotoqraf İradə Qədirova və jurnalist, aktrisa Cəmilə Məmmədli iştirak edəcəklər. Gələcəyimiz yeni üfüqlər, yaradıcı fikirlər və istedadlı gənclər olacaqdır. Müraciətlərin çox olacağını nəzərə alaraq aşağıda qısa qeydiyyat linkini təqdim edirik. Qeydiyyat linki:http://bit.ly/2yJ8VO0
Bütün hüquqlar qorunur © 2025