Təqvim
Bakı-Quba yolunda təmir başlayır
31 iyul 2019 - 16:56

Bakı-Quba magistral yolu təmir olunur. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhəri istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təmir işləri ilə bağlı xüsusi vəsait ayrılmayıb: “Yolların saxlanılması üçün dövlət büdcəsindən AAYDA-ya ayrılan vəsait hesabına bu yolun təmir-bərpa işləri həyata keçirilir. Sürücülərin müraciəti və vətəndaşların narahatlığından sonra biz bu istiqamətdə işlərə başladıq və agentlik olaraq buna biganə qala bilmərik. Orada vəziyyət həqiqətən də acınacaqlıdır. Təmir işləri davam edir, bir ərazidə bitdikdən sonra digər əraziyə keçirik. O baxımdan bu işlərin nə zaman bitəcəyi məlum deyil. Çalışacağıq ki, yoldakı problem minimuma endirilsin. Lakin ümumilikdə hazırda aparılan işlər problemin həlli ilə bağlı çıxış yolu deyil. Bu yol əsaslı şəkildə yenidən qurulmalıdır. Hazırda aparılan işlər, sadəcə, təmir-bərpa işləridir”.

 

Yolda problemin yaranma səbəblərinə gəlincə, A.Nəcəfli etiraf etdi ki, tikinti zamanı konstruktiv səhvlər də olub: “Yol əsasən Gəndob istiqamətindən Bakı istiqamətində gələn hissədə dağılıb. Bu da normadan artıq yüklənmiş ağır yük maşınlarının hərəkəti səbəbindən baş verib. O istiqamətdən gələn yük maşınları yoldakı ümumi nəqliyyat vasitələrinin 63 faizini əhatə edir. Bu, çox böyük rəqəmdir. Xüsusən də Quba , Xaçmaz və Qusarda çay yataqlarında çınqıl karxanaları var. Tikinti materialları oradan daşınır. Bunun da təsiri olub və yoldakı problem daha da artıb”.

Anar Nəcəfli: “Hazırda aparılan işlər problemin həlli ilə bağlı çıxış yolu deyil. Bu yol əsaslı şəkildə yenidən qurulmalıdır”
Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır.

Xatırladaq ki, Bakı-Quba-Rusiya avtomobil yolu ən bahalı tikinti layihələrindən biridir. Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 600 milyon manata yaxın vəsait xərclənmişdi. Lakin son 10 ildə, demək olar ki, hər il bu yolun təmirə ehtiyacı yaranıb və mütəmadi bərpa işləri aparılıb. Halbuki keçmiş nazir Ziya Məmmədov 2009-cu ildə bu yolun istismar müddətinin 30 illik nəzərdə tutulduğunu bildirmişdi.

Bəs, görəsən, yolun keyfiyyətsiz çəkilməsinə və baş verən yeyintiyə görə araşdırma aparılarsa, hüquqi məsuliyyət, cəza və həbslər ola bilərmi?

 

Vahid Əhmədov: Gec-tez bu yola sərf edilən vəsaitin haraya və necə xərclənməsi, yolun niyə belə istifadəyə yararsız halda təhvil verilməsi araşdırılacaq, məsuliyyət müəyyən ediləcək"
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, Bakı-Quba yolunun çəkilməsinə çox böyük məbləğdə vəsait xərclənib: “O yolu beton yolu adı ilə çəkdilər, sonradan məlum oldu ki, çox keyfiyyətsizdir. Həmin yolun qorunub saxlanılmasında da problemlər oldu. Çünki əks istiqamətdə, yəni Qubadan Bakıya ağır tonnajlı avtomobillər hərəkət edirdi. Bu da yolda problemlərin daha da artmasına səbəb oldu. Bu yolun hansı səbəbdən bu qədər keyfiyyətsiz olması araşdırılmalıdır. Biz də Milli Məclisdə bu məsələyə toxunmuşuq, müzakirələrimiz olub. Gec-tez bu yola sərf edilən vəsaitin haraya və necə xərclənməsi, yolun niyə belə istifadəyə yararsız halda təhvil verilməsi mütəmadi olaraq araşdırma obyekti olacaq, məsuliyyət müəyyən ediləcək. Yol çox biabırçı vəziyyətdədir. Qubadan Bakıya gələn istənilən maşın daha sonra təmirə getməlidir. Bu yola hazırda Avtomobil Yolları Dövlət Agentliyi nəzarət edir, təmir işləri aparılır. Ancaq yolun çəkilməsi zamanı xərclənən vəsaitin də haraya xərclənməsi araşdırılmalıdır, məsuliyyət və cəza mütləq olmalıdır”.

 

Əkrəm Həsənov: “Əgər cinayət işi qaldırılsa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər”
Hüquqşünas Əkrəm Həsənov isə vurğuladı ki, məsuliyyət mütləq olmalıdır: “Ancaq belə cinayət işlərinin başlanmasını ya həmin yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı orqan məsələ qaldırmalıdır. Ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxladıqdan sonra, bu faktları müəyyən etdikdən sonra Baş Prokurorluğa müraciət etməlidir. Və ya vətəndaşlar özləri bu prosesə müdaxilə etməli, özləri bu məsələni dövlət orqanları qarşısında qaldırmalıdırlar. İctimaiyyət nümayəndələri də, həmin dövlət qurumunun tabe olduğu quruma müraciət edib bu işin acımasını tələb edə bilər. Sadəcə, Azərbaycanda belə bir ənənə var ki, eyni yollar hər il təmir olunur. Həmin dövlət qurumları da bir-birinin işinə irad bildirmirlər. Əgər cinayət işi qaldırılsa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Ekspert bu cür hallarda mənimsəmə faktlarının araşdırılması və ictimai nəzarətin təmin olunması məqsədilə elektron dövlət büdcəsinin yaradılmasını təklif etdi: “Mən dəfələrlə belə təkliflə çıxış etmişəm ki, Azərbaycana elektron dövlət büdcəsi lazımdır. Elektron dövlət büdcəsi Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi istisna olmaqla, digər bütün dövlət orqanlarının büdcəsi tam şəffaf olmalıdır, internetdə dərc olunmalıdır və aylıq əsaslarla yenilənməlidir. Adi qələm və kağızdan tutmuş, digər bütün alınan malların siyahısı dərc olunmalıdır. Bizim də ictimaiyyət olaraq onlara nəzarət etmək imkanımız olmalıdır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat” 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (+FOTOLAR) 21:53, 12 dekabr 2019
“Xalça diyarına səyahət” festivalı başa çatıb (+FOTOLAR) 16:21, 12 dekabr 2019
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib (+FOTOLAR) 16:00, 12 dekabr 2019
Xeyriyyəçi - şair Gülağa Tənha "DÜNYAYA XİTAB" - Dahi rəhbərimiz Heydər Əliyevin məzarı üstündə düşüncələr20:50, 11 dekabr 2019
Əhməd Cəfəroğlunun 120 illik yubileyi: Üç günlük elmi-praktik konfrans başladı (+FOTOLAR)11:25, 10 dekabr 2019
İlham Əliyev “Bakutel-2019” sərgisində Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verib (+FOTO) 23:27, 08 dekabr 2019
Filarmoniyada V yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib (+FOTOLAR) 16:11, 05 dekabr 2019
Balaca gimnastımız Mina Abbasova 1 ayda 4-cü medalını qazandı (+FOTOLAR) 18:11, 03 dekabr 2019
İlham Əliyev Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimdə iştirak edib (+FOTOLAR) 00:18, 03 dekabr 2019
Azərbaycanın yeni Ombudsmanı kimdir? - TƏRCÜMEYİ-HAL22:31, 02 dekabr 2019
Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb - SİYAHI22:21, 02 dekabr 2019
Bu şəxs İlham Əliyevin köməkçisi təyin olundu 21:48, 29 noyabr 2019
Elmira Süleymanova yeni Ombudsmanın seçilməsinə münasibət bildirib 17:44, 29 noyabr 2019
Ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir (+FOTOLAR) 17:26, 29 noyabr 2019
25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı (+FOTOLAR) 17:17, 29 noyabr 2019
Bakıda uşaq bağçalarındakı nöqsanlar aşkarlandı - RƏSMİ13:17, 29 noyabr 2019
Azərbaycanda dəşətli hadisə: 3 günlük körpəni küçəyə atdılar13:04, 29 noyabr 2019
YAP-ın Siyasi Şurasının iclasında deputatlara Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmələri tövsiyə olunub 17:58, 28 noyabr 2019
“Süni dəri” yükündən 304 kiloqramdan çox heroin çıxdı (+FOTOLAR) 17:30, 28 noyabr 2019
“Kəlağayı: ipək qanadlar” batika və kəlağayı sərgisi açılıb (+FOTOLAR) 17:12, 28 noyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə