Təqvim
Dövlət Gömrük Komitəsinin sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb
26 iyun 2019 - 11:42

Canveten.az xəbər verir ki, iyunun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Qonaqları səmimi salamlayan Səfər Mehdiyev Azərbaycan gömrük xidməti haqqında qısa məlumat verib və son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar hesabına gömrük orqanlarında  şəffaflığın təmin olunduğunu, yeni texnologiyalar və innovativ layihələr hesabına  gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirildiyini diqqətə çatdırıb.

    O da qeyd olunub ki,  Şimal-Cənub, Şərq- Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşən  ölkəmiz beynəlxaq ticarətin və tranzitin asan və sürətli həyata keçirilməsində mühüm rol oynayır, bu istiqamətdə reallaşdırılan irihəcmli layihələr sərnişinlərin, mal və nəqliyyat vasitələrinin qısa vaxt ərazində az məsrəflə daşınmasına şərait yaradır.

   Dövlət Gömrük Komitəsinin dünyanın əksər ölkələrinin gömrük orqanları ilə səmərəli işgüzar münasibətlər qurduğunu bildirən Komitə sədri iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb, ticarət dövriyyəsinin daha da artırılması istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb və qarşılıqlı əlaqələrin gücləndiriləcəyinə əminliyini ifadə edib.

  ArgentinaRespublikasınınölkəmizdəkifövqəladəvəsəlahiyyətlisəfiri Serxio Osvaldo Perez Qunella səmimi görüşə  görə təşəkkürünü bildirib və Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərin, əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb. O da qeyd olunub ki, gömrük sahəsində əlaqələrin daha da gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafına, ticarət dövriyyəsinin artmasına da şərait yaradacaq.

  Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə