Təqvim
“Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” şeir müsabiqəsinin nəticələri bilindi (+FOTOLAR)
22 iyun 2019 - 22:12

Canveten.az xəbər verir ki, 2019-cu ilin ölkə başçısı tərəfindən “Nəsimi İli” elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Fizuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı ədəbi-bədii gecə keçirildi. 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şer müsabiqəsinə yekun vurulmuş və müsabiqənin qalibləri dəmükafatlandırıldı.

Tədbiri təşkilatçı qismində giriş sözü ilə açan Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov bu kimi müsabiqələrin klassik poeziyamızı gənclər arasında populyarlaşdırmaq, daha yaxşı tanıtmaq və ənənələri qorumaq istiqamətindəki məqsədləri barədə iştirakçıları məlumat verdi. Qəzəlxan şair Arif Buzovnalı orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin yaratdıqları məktəb, eləcə də onların poetik simvolları barədə çıxış etdi. Azərbaycan Musiqi Akademiyasının professoru, filoloq Tərlan Quliyev Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rolu, o cümlədən, bu şairlərini poeziyası arasında olan fərqlər barədə məruzə ilə çıxış etdi. Azərbaycan Yazarlar Birliyinin (AYB) katibi, şair və esseist  İlqar Fəhmi öz çıxışında bu cür tədbirlərin keçirilməsinin Nəsimi və Füzuli irsinin Azərbaycanda qorunmasını xüsusi vurğuladı.

Daha sonra qaliblərin (1-ci yer – Kamal Hüseynzadə, 2-ci yer – Vəlixan Abdullauev, 3-cü yer – Xəyal İsmayılov), eləcə də yaradıcılığı ilə fərqlənən şairlərin (Tahirə Bərraq, ƏlhəmHüseyzadə) adları elan edildi və onlar iştirakçılar qarşısında öz şeirlərini oxuduqdan sonra mükafatlarla təltif olundular.

Daha sonra İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, eləcə də tədbirə xarici qonaq qismində qatılmış İraq Respublikası nümayəndəsi Əli Mutar Əl-Şükri çıxış edərək “Nəsimi İli” təşəbbüsünün Azərbaycan ədəbiyyat və mədəniyyətin qorunması və dünyada tanıtdırılmasına yönəlmiş əhəmiyyətli addım olduğunu, bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişlər.

 Tədbir muğam ustalarının musiqili proqramı ilə davam etmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə