Təqvim
Qaloş - başı olmayanların simvoludur... - Sənan Nəcəfov Fazil Mustafanın master klass statusu haqqında...(ViDEO+FOTOLAR)
13 iyun 2019 - 19:11

Fazil Mustafadan bir statusluq master klass!!!

"Bu ölkəyə bir peyğəmbər gəlməyib, bir imam gəlməyib, ancaq nədənsə hamısının qohum-əqrabası öz doğulduqları yerdə deyil, bizdə zühur ediblər".

“Sosial şəbəkələrdəki səhifələrə diqqət yetirin, bütün “qumcuqlar”, əksər “şahçılar”, “xürrəmçilər” həm də qaloşun qatı müdafiəçiləri kimi özlərindən çıxıblar. Şəklimi paylaşıb, “bizim qaloşumuza toxunma” deyirlər. Bu həm də “bizim ənənvi İslam inancımızın bir simvolikasıdır” deyirlər. Bu ölkəyə bir peyğəmbər gəlməyib, bir imam gəlməyib, ancaq nədənsə hamısının qohum-əqrabası öz doğulduqları yerdə deyil, bizdə zühur ediblər. Baş olanda ya bu başın üstünə papaq, ya da içinə bilgi axtarırsan. Baş olmayanda isə mövcudluğu sadəcə yeriməkdən ibarət olanlar təyinatı ayaq üçün olan qaloşu bomboş başın doldurulmasında nicat vasitəsi kimi görürlər”.

Qaloş- başı olmayanların simvoludur:

“Bu yalnız bizdə deyil ki, xaraba qalmış Şərqin qumsallıqlarında da əsrlərdir belədir. Bu sonuncü üzüqara qaloş elə- belə yerdən çıxmayıb e, bizim şanlı mollaxana- mərsiyəxana tariximizdən gəlir. Məhz bu qaloşun ucbatından ilk milli dərsliyimiz olan “Vətən dili” dərsliyini o mərsiyəxandan, o əzadardan, o cinçıxarandan, o pir daşına baş sürtənlərdən, o zəncir aşiqlərindən kimsə yazmadı.

İlk dərsliyimizi, “Vətən dili”mizi rus əsilli fiziki şikəstliyi olan Aleksandr Osipoviç Çernyayevski yazdı və Qori Müəllimlər seminariyasında bizim əsrlərdir davam edən mənəvi şikəstliyimizə bu dərsliklə meydan oxudu. Bu gün yenə də qaloşun arxasındakı həmin zümrə Azərbaycanın mənəvi şikəstliyi üçün gündəlik həyatımızdan tutmuş sosial şəbəkələrə qədər öz viruslarını yaymağa davam edirlər. Bu dəfə o qəhrəman Çernyayevski yoxdur, kim yazacaq “Vətən dili” dərsliyimizi?”.

Bu qaloş simvolik anlamda vətənimizin mənəvi çöküşünün ən ciddi əlamətlərindən biridir:

“Dərslik yaza bilməsək də cəhalətə, xurafata, nadanlığa qarşı vətən dilində dirənişimiz ortaya qoymalıyıq. Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər. Müqəddəs yer boş qalmır məsəli”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM, Marketinq və reklam
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə