"Şəpit piri" və ya "Qaloş piri" deyilən bu pir doğrudanmı Azərbaycandadır? Qaloşdan kömək uman bu insanlar bizim insanlarmı? Azərbaycanda “Qaloş piri” biabırçılığı: Qaloşu başlarına sürtüb, şəfa gözləyirlər... Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər. Məsələni Oxu.Az-ın əməkdaşı araşdırıb. Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar...
P.S.Bu nə biabırçılıqdır? 21-ci əsrin insanı yəni bu qədərmi cahildir? Qaloşdan çarə gözləyən, şarlatan falçılardan, dırnaqarası "seyid"lərdən kömək uman bu qadınların, bu kişilərin tərbiyə etdiyi övladlar nə gündə olacaq? 10 milyonun içərisində məncə, ciddi təmizləmə işi aparılmalıdır.
Bütün hüquqlar qorunur © 2025